Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Zakir Həsənov Tbilisidə Türkiyənin müdafiə naziri ilə görüşdü

Tarix 23.05.17, 20:05

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Gürcüstanın Batumi şəhərində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla Türkiyənin müdafiə naziri Fikri İşık arasında görüş olub.

“Report” xəbər verir ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyi, iki ölkənin münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi xüsusi qeyd olunub.

Z.Həsənov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan qardaşlıq münasibətlərinin bu gün də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Nazir Türkiyənin də Azərbaycanla dostluq və qardaşlıq əlaqələrinin inkişafına eyni münasibət göstərməsindən məmnunluğunu ifadə edib.

Fikri İşık Azərbaycan ilə Türkiyə arasında diplomatik əlaqələrin qurulmasının 25 ilinin tamam olduğunu bildirib və bu münasibətlə hər iki tərəfi təbrik edib.

Nazir Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin hərbi sahədə də uğurla inkişaf etdiyini bildirib.

Görüşdə hərbi sahədə əməkdaşlığın perspektivləri, hərbi təhsildə təcrübə mübadiləsi, birgə hərbi təlimlərin keçirilməsi, regionda və dünyada gedən proseslər, separatizmə və terrorizmə qarşı birgə mübarizə və digər məsələlər müzakirə olunub.

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Baş konsul Rəşad İsmayılov iştirak ediblər.








Xəbərin oxunma sayı : 94




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap