Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Zakir Həsənov yeni zenit-raket sistemlərinin döyüş hazırlığını yoxladı

Tarix 20.10.17, 23:57

Font ölçüsü : - / +
bitmap-img6


Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Hava Hücumundan Müdafiə (HHM) qoşunlarının yeni inşa edilmiş N nömrəli hərbi hissəsinin açılışında iştirak edərək hərbi qulluqçular üçün yaradılmış şəraitlə tanış olub

 Müdafiə Nazirliyinin saytında verilən məlumata görə, Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hissənin qərargahı, əsgər yataqxanası, yeməkxana, tibb məntəqəsi, sıra meydanı, idman şəhərciyi, eləcə də digər xidməti və inzibati obyektlərə baxış keçirib.
 

Sonra müdafiə naziri döyüş idarəetmə məntəqəsinə gələrək orada quraşdırılmış çoxməqsədli radiolokasiya stansiyaları, atıcı qurğular və digər döyüş vasitələrinin təyinatı, tərkibi, eləcə də taktiki-texniki xassələri ilə maraqlanıb.

Müdafiə nazirinə məruzə edilib ki, hərbi hissənin sərəncamında olan ən müasir silah və döyüş texnikası aerodinamik hədəflərin və ballistik raketlərin, eləcə də bütün növ digər hava hədəflərinin aşkarlanması, uçuş parametrlərinin təyin edilməsi və müxtəlif maneələr şəraitində məhv edilməsi imkanına malikdir.

Peşəkar bacarıq və bilik nümayiş etdirən şəxsi heyətin döyüş hazırlığını yüksək qiymətləndirən Müdafiə naziri HHQ-nin komandanlığına müvafiq tapşırıqlar verib.



Xəbərin oxunma sayı : 103




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap