Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Zamirə Hacıyevanın 100 milyonluq varidatı əldən gedir - təfərrüat

Tarix 19.02.20, 17:09

Font ölçüsü : - / +
bitmap-img6


London məhkəməsi apelyasiya şikayətini rədd edib

Britaniyanın Milli Cinayət Agentliyi (NCA) Zamirə Hacıyevanın Londondakı mülkü və qolf kursunu müsadirə etmək üçün məhkəməyə müraciət hazırlayıb. Bu haqda redaksiyamıza daxil olan məlumatda deyilir ki, yaxın zamanda müraciətə baxılacaq.

Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Z.Hacıyevanın London məhkəməsinə təqdim etdiyi apelyasiya şikayəti rədd edilib. Zamirə Hacıyeva ilk hədəfi olduğu Britaniyanın “İzaholunmaz Sərvət Sərəncamı”nın (UWO) ona qarşı tətbiq olunmasının qarşısını almağa çalışırdı. Ona əmlakların alınmasına sərf edilən vəsaitin qanuni mənbəyini açıqlamaq üçün 1 həftə zaman da tanınmışdı. Bu qərar eyni zamanda Z. Hacıyevanın Britaniya Ali Məhkəməsinə şikayət verməsinin qarşısını alırdı.

Z.Hacıyeva Britaniya mediasında lüks “Harrods” mağazasında 16 milyon funt xərcləməklə tanınır. Məhkəmə qərarı fevralın 12-dən qüvvəsindədir.  Bu isə o deməkdir ki, Z.Hacıyeva “İzaholunmaz Sərvət Sərəncamı”na əsasən Londonun Knightsbridge ərazisində yerləşən 15 milyon funtluq mülkünü və Berkshiredə təmtəraqlı qolf kursunu almaq üçün var-dövlətini hansı mənbədən əldə etdiyini açıqlamalıdır. Son məlumata görə, Z.Hacıyeva gəlirinin qanuni mənbəyini açıqlaya bilməyib.  Milli Cinayət Agentliyi mülkü və qolf kursunu müsadirə etmək üçün məhkəməyə müraciət edəcək. Onun əri Cahangir Hacıyev bir vaxtlar idarə etdiyi dövlət bankından milyonlarla pulu mənimsəməkdə təqsirləndirilib.

Z.Hacıyevanın Londonda 100 milyon ile ilgili görsel sonucu

Z.Hacıyevanın Londonda 100 milyon manatdan artıq dəyərləndirilən mal-mülkü İngiltərə dövlətinin ixtiyarına keçəcək. 2018-ci ilin noyabrında Z.Hacıyevanın daş-qaşlarına həbs qoyulub. Z.Hacıyevanın mülk almaq üçün saxtakarlıqla mənimsənilən pullardan istifadə etdiyi barədə Britaniyanın Ali Məhkəməsi təsdiq qərarı çıxararsa, o zaman ondan alınacaq pul və mülklər Azərbaycana qaytarıla bilər. Bunu 2018-ci ilin oktyabrında Britaniyanın Milli Cinayət Agentliyinin rəsmisi Donald Toon BBC-yə demişdi. Qeyd etmişdi ki, Britaniyanın “İzaholunmaz Sərvət Sərəncamı” adı altında Ali Məhkəmənin qərarı ilə müsadirə olunmuş pul “siyasi və beynəlxalq məsələyə” çevrilə bilər. Zamirə Hacıyeva son on il ərzində Londonun məşhur dükanı “Harrods”da 21 milyon dollar xərcləyib və elə həmin mağazanın yanında - Londonun ən bahalı ərazilərindən birində ev alıb. O, həmçinin Berkshire qraflığında qolf klubu və təyyarə sahibi olub. O, bu ödənişlərin bəziləri üçün Beynəlxalq Bankın 35 ədəd kredit kartından istifadə edib. Cahangir Hacıyev 2016-cı ildə sədri olduğu bankda böyük dələduzluq və yeyintinin bir hissəsi olmaqda ittiham edilərək 15 il müddətinə həbs edilib. Onun rəhbərlik etdiyi bankdan on milyonlarla funt sterlinq pul yoxa çıxıb. Hakimlər ona 39 milyon funtu (51.30 milyon dollar) geri ödəməyi əmr edib. İngiltərə Ali Məhkəməsi Z.Hacıyevaya sərvətinin mənbəyini izah etməyi əmr edib - əgər o, bunu edə bilməsə, öz əmlakını itirmək riski ilə üzləşə bilər. Z.Hacıyeva Britaniya məhkəməsində deyib ki, əri bank sədri olmazdan öncə, uğurlu biznesləri sayəsində müstəqil var-dövlət qazanmış qanuni iş adamı olub. Cənab Toon BBC-yə deyib ki, Milli Cinayət Agentliyi məhkəmə işini qazanarsa, o zaman mülklər müsadirə olunacaq. “İlk növbədə həmin aktivlərin dəyəri Böyük Britaniya hökumətinə daxil olacaq, sonra pul mənbəyinin ölkəsi (Azərbaycan) və Britaniya arasında repatriasiyanin miqyası barədə birbaşa əlaqə qurulacaq”.

Z.Hacıyevanın Londonda 100 milyon ile ilgili görsel sonucu


Britaniyanın Milli Cinayət Agentliyi 60 gün ərzində əmlakın mənimsənilməsi, yaxud geri qaytarılması barədə yekun qərar verəcək. Aydındır ki, bu pullar Azərbaycan büdcəsindən oğurlanaraq Londona ötürülüb. Bu gün Zamirə Hacıyevanın ixtiyarında olan, dəyəri on milyonlarla ölçülən varidat faktiki olaraq Azərbaycan dövləti, Azərbaycan xalqının vəsaitidir.

Tanınmış hüquqşünas Əkrəm Həsənov “Yeni Müsavat”a demişdi ki, Azərbaycan dövləti gələcəkdə sübut etsə ki, əmlaklar ona məxsusdur, həmin əmlakların qarşılığını ala bilər.

Əkrəm Həsənovun dediklərindən sitat: “Zamirə Hacıyevaya ”İzaholunmaz Sərvət Sərəncamı" adlanan qanun tətbiq ediləndən aydın idi ki, proses hansı nəticə ilə yekunlaşacaq. O istəsə belə, adına olan əmlakların mənbəyini ortaya qoya bilməzdi. Çünki həmin əmlakların necə əldə olunması bu prosesi izləyənlərdə müəyyən təxminlər, qənaət, yəqinlik yaratmışdı. Hacıyeva işsiz-gücsüz qadındır. Əvvəldən də məlumdur ki, o, həmin əmlakların mənbəyini təsdiqləyəcək hər hansı bir sənədi ortaya qoya bilməyəcək. İngilislər də həmin qanunu məhz belə situasiyalara uyğun yazıb hazırlayıb, korrupsiya yolu ilə əldə olunan əmlakları müsadirə etmək üçün qəbul ediblər. Həm də bu qanun üzrə müsadirə İngiltərənin Avropa Birliyindən ayrılmasından (Breksit) dərhal sonraya təsadüf edir. Bu qanun ona görə qəbul edilib ki, Londonda məskunlaşmış və varidatlarının mənbəyini açıqlaya bilməyən zamirə hacıyevalardan alsınlar. “Brexit”dən sonra İngiltərədə iqtisadi durumun pisləşməsi gözlənilir. Böyük varidat sahiblərinin mal-mülklərinin müsadirəsindən əldə olunan gəlirlər isə iqtisadi durumun düzəlməsinin qarantı olacaq. Ölkələrində qaranlıq yollarla əldə etdikləri 10 milyonlarla vəsaiti illərlə varlıların cənnəti hesab edilən İngiltərəyə daşıyıblar.

Əkrəm Həsənov ile ilgili görsel sonucu

İngilislər də bunu illərlə bilib və göz yumublar. İndi isə vəziyyət dəyişib, ingilislərə pul lazımdır. Həm də çoxlu pul lazımdır. “İzaholunmaz Sərvət Sərəncamı” adlı bircə qanun yazıblar və bu qanuna istinad edib böyük pulların müsadirəsini həyata keçirib dövlətə keçirəcəklər. Dövlətləri varlanacaq, buna uyğun vətəndaşlarının da rifahı yüksələcək. Məsələ bu qədər sadədir. Dünyanın dörd bir tərəfindəki dövlətlərdən oğurlanan pulları oğurlayanların əllərindən alıb qanuni şəkildə öz rifahlarına xərcləyəcəklər. Azərbaycan dövlətinin həmin pullara sahib çıxması üçün qanuni yollar var. Ötən dəfə bu haqda açıqlamamda demişdim ki,  Zamirə Hacıyeva ilə dövlətimiz arasında əqd bağlana bilər. Həmin əqdə əsasən  Azərbaycan dövləti Zamirə Hacıyevanın əmlaklarının dövlətə məxsus olmasını, sadəcə, Zamirə Hacıyevanın istifadəsində olduğunu yazılı surətdə təqdim edə bilər. Bundan sonra oradakı əmlaklar əqddə nəzərdə tutulan faiz nisbətində Azərbaycan dövlətinə qaytarıla bilər. Cahangir Hacıyevi də azad edib Zamirə Hacıyevanın yanına göndərmək olar".

“Yeni Müsavat”







Xəbərin oxunma sayı : 859




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap