Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Zaqatalada falçıdan iki bacıya qarşı şok əməl - TƏFƏRRÜAT

Tarix 10.02.21, 13:44

Font ölçüsü : - / +
bitmap-img6


Zaqatala rayonunda dələduzluq etməkdə ittiham olunan 1976-cı il təvəllüdlü Ruhiyyə Nəsibovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Ruhiyyə Nəsibova 2014-cü ilin may ayında Zaqatala rayon bazarı yaxınlığında yerləşən “Siluet studiyası” adlı salonda fərdi masaj xidməti göstərərkən Məhəbbət Vəliyevanı (ad və soyad şərti verilib – red.) müştəri olaraq masaj etməsi və sonuncunun həmin xidmətdən razı qalaraq ona inanması səbəbindən aralarında yaranmış inam və etibardan sui-istifadə edib.

Ruhiyyə Nəsibova Məhəbbət Vəliyevanın əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək qərarına gəlib. O, tamah niyyəti ilə şamanlıqla məşğul olmasına, əllərində sehr və bədəndən şər qüvvələri çıxartmaq gücünün olmasına, guya Məhəbbət Vəliyevanın bədənində şeytani qüvvə olması səbəbindən sonuncunun xəstə olmasına, həmçinin fala baxmaqla, dualar yazmaqla və yazdırmaqla müalicə edəcəyinə, Məhəbbət Vəliyevanın məhz şeytani qüvvələr səbəbindən bu günə kimi evlənə bilməməsinə inandırıb.

Ruhiyyə Nəsibova Məhəbbət Vəliyevan kirayədə yaşadığı evdə 2014-cü ilin may ayından 2016-cı ilin mart ayına qədər olan müddət ərzində ayrı-ayrı tarixlərdə müxtəlif adlarla, yəni 2014-cü ilin may ayında Məhəbbət Vəliyevanın guya bədənindən şeytani qüvvələri qovmaq məqsədilə fotoşəklini bir stəkan suyun içinə salıb, həmin stəkanı bu vəziyyətdə ziyarətə aparacağı adı ilə aldadaraq 100 manat, həmin ilin iyun ayında dua yazaraq Məhəbbət Vəliyevaya verərək sonuncuya həmin duanı bir “vedrə” suya saldıqdan sonra yaşadığı evin həyətində gülün dibinə basdırmasını tapşırıb.

Bu yolla evin həyətindən şeytani qüvvələri qovacağına inandırıb və aldatmaqla 350 manat alıb.

Daha sonra o, 2014-cü ilin avqust ayında ceyran dərisindən hazırlanmış əşyanı Məhəbbət Vəliyevaya verib, həmin əşyanı üzərində gəzdirməsini tapşıraraq bu yolla bədənindən şeytanın çıxarılmasına nail olacağına inandırıb, 80 manat alıb.

Bundan sonra 2014-cü ilin dekabr ayında Bakı şəhərində yaşayan, yəhudi milliyyətindən olan cadugərlə həmin şəhərdə görüşərək, sonuncunun köməkliyi ilə bəxtini açacağına inandırıb və qeyd edilən şəxsə vermək adı ilə aldatmaqla ilk dəfə 1500 manat, növbəti dəfə isə 500 manat alıb.

Ruhiyyə Nəsibova habelə guya həmin cadugərin yaşadığı Bakı şəhərinə getməsi üçün yol xərcinin ödənilməsi adı ilə Məhəbbət Vəliyevanı aldadıb və ondan 200 manat, 2015-ci ilin aprel ayında Sankt-Peterburq şəhərində yaşayan, yəhudi milliyyətindən olan cadugərdən bəxtinin açılmasına xidmət edəcək dua yazmasını xahiş edəcəyini bildirib və onuncuya verilməsi üçün Sankt-Peterburq şəhərinə göndərəcəyi adı ilə aldatmaqla 2000 manat, 2015-ci ilin iyun ayında guya ayinlər keçirmək üçün Oğuz rayonunda toplanan, yəhudi milliyətindən olan cadugərlərin yanına gedərək şər qüvvələrdən azad olunması üçün dualar yazdıracağı barədə yalan vədlər verərək 2000 manat alıb.

Həmçinin Ruhiyyə Nəsibova guya qeyd edilən cadugərlərin olduğu Oğuz rayonuna getməkdən ötrü yol xərclərinin ödənilməsi adı ilə aldadaraq 200 manat, sonradan həmin tarixdə guya yuxarıda qeyd edilən cadugərlərdən əldə etdiyi suyu içib şər qüvvələrdən təmizlənməsi üçün Məhəbbət Vəliyevadan 400 manat alıb.

Sonuncu dəfə isə 2016-cı ilin fevral ayında at nalını Məhəbbət Vəliyevaya verib, həmin əşyanı yeddi gün ocaqda saxladıqdan sonra axan suya atmasını tapşıraraq, verdiyi nalın şər qüvvələrdən təmizlənməsinə xidmət edən qeyri-adi əşya olmasına inandırıb, aldatmaqla 650 manat məbləğində pulu ələ keçirib.

Bu hərəkətləri ilə Ruhiyyə Nəsibova Məhəbbət Vəliyevaya ümumilikdə 7980 manat məbləğində ziyan vuraraq dələduzluq edib.

Bundan başqa, 2015-ci ilin fevral ayında Məhəbbət Vəliyeva Ruhiyyə Nəsibovadan bacısı Səidə Vəliyevanın rəsmi boşandığı əri ilə barışmasına köməklik etməsi üçün dua yazmağı xahiş edib.

Bundan sonra Ruhiyyə Nəsibova Məhəbbət Vəliyevanın ona olan inamından sui-istifadə edib, Səidə Vəliyevanın əmlakını aldatma yolu ilə qanunsuz ələ keçirmək qərarına gəlib.

Bu məqsədlə Ruhiyyə Nəsibova guya edəcəyi duaların köməkliyi ilə həmin şəxslərin barışmasına nail olacağını bildirib, aldatmaqla Məhəbbət Vəliyevanın vasitəsilə Səidə Vəliyevadan 2800 manat pulunu ələ keçirib.

İstintaq orqanı tərəfindən Ruhiyyə Nəsibovanın barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddələri ilə ittiham elan edilib.

Zaqatala rayon Məhkəməsinin hökmü ilə Ruhiyyə Nəsibova 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Hökmdən narazı qalan Ruhiyyə Nəsibovanın vəkili apelyasiya şikayəti verib. Vəkil şikayətində müdafiə etdiyi şəxsin əməlinin sübuta yetirilmədiyini qeyd edib. O, müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Şəki Apelyasiya Məhkəməsinin qərarı ilə apelyasiya şikayəti təmin edilməyib.

Bu qərardan narazı qalan Ruhiyyə Nəsibovanın vəkili kasasiya şikayəti verib. Ali Məhkəmədə hakim Hafiz Nəsibovun sədrliyi ilə baş tutan iclasda kasasiya şikayətinin dəlilləri araşdırılıb, sonda şikayət təmin olunmayıb.



Xəbərin oxunma sayı : 1312




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap