Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Zəhmətlə becərdikləri məhsülü zibilxanaya tökürlər - VİDEO

Tarix 02.06.21, 9:47

Font ölçüsü : - / +
bitmap-img6


Fermerlər minbir əziyyətlə əkib-becərdikləri məhsulun əllərində zay olub getməsindən gileylənirlər

Son günlər sosial şəbəkələrdə Azərbaycanın müxtəlif rayonlarından fermerlərin şikayət videoları artıb.

Fermerlər minbir əziyyətlə əkib-becərdikləri məhsulun əllərində zay olub getməsindən gileylənirlər.

Bəs, fermer öz məhsulunu niyə bazara çıxara bilmir? Niyə məhsul əllərdə xarab olur?

Bir neçə gün öncə Göyçaydan olan fermerlər etiraz aksiyası keçiriblər. Onların sözlərinə görə Azərbaycan-Rusiya sərhədində içi məhsulla dolu onlarla yük maşını buraxılış məntəqəsində gözlədilir:

“Prezident İlham Əliyev ötən ilin dekabrında dedi ki, kənd təsərrüfatı inkişaf etdirilməlidir. Biz fermerlər də pomidor əkdik. İndi kilosunu 20 qəpikdən sata bilmirik. Rusiyaya məhsulu vaqonlarla apara bilmirik, ancaq yük maşınlarına icazə verilir. Buna görə də sərhəddə uzun növbələr yaranıb. Bir yük maşının da gedişi 4 min 500 dollara başa gəlir”.

Fermerlərin sözlərinə görə, əvvəllər məhsulu dəmir yolu ilə Rusiya bazarına çıxarıblar. İndi isə qatarla yük daşımlarında məhdudiyyətlər yaranıb, buna görə də məcbur qalıb məhsulu iri yük maşınları ilə daşımalı olurlar. Bunun da həm xərci çoxdur, həm də səhrəddə uzun növbələr yaranır.

Fermərlər deyirlər ki, məhsulu yerli bazara çıxarıb satmaq isə onlara ikiqat ziyan vurur.

Qubanın Zizik kəndindən fermer Vəfadar Əkbərov deyir ki, bu ilin yanvarından dizelin qiyməti artandan sonra məhsulun daşıma xərcləri də artıb. O da bir də xərc çəkib, məhsulu paytaxt Bakıya aparmaqdansa, zibilə atmağı seçib:

“Məni sosial şəbəkələrdə qınayırlar ki, niyə bunu zibilə atırsan, gətirib Bakıda satmırsan? Bakıya bunun bir yeşiyinin daşıma xərci 3 manata gəlib çıxır. Amma özünü heç 1 manata sata bilmirik. İndi mən neyniyim. İkinci dəfə ziyana düşüm?”

Məhsul mövsümü başlanandan Cəlilabadda, Qubada, Göyçayda və digər rayonlardan fermerlər yetişdirdikləri məhsulu sata bilmədiklərindən şikayət edirlər. Bütün çəkdikləri xərcin, zəhmətin batdığını deyirlər.

Deputat Elman Nəsirov da parlamentdə çıxışında fermərlərin problemlərinə toxunub. O deyib ki, Cəlilabad fermerləri kartof ixracı ilə bağlı problemlər yaşayırlar, məhsul əllərində qalıb. Deputat Gömrük Komitəsinin rəhbərliyini problemin həllinə çağırıb.

Dövlət Gömrük Komitəsindən sərhəddə yaranan problemlə bağlı Turan informasiya agentliyinə bildiriblər ki, mövsümlə əlaqədar Azərbaycandan keçən tranzit yük nəqliyyat vasitələrinin sayının artmasına görə növbə yaranıb:

"Rusiya tərəfində yerləşən gömrük-keçid məntəqəsinin infrastrukturu gün ərzində 200-250-dən artıq yük-nəqliyyat vasitəsinin keçidini təmin etməyə imkan vermir. Bu da tıxaca səbəb olur. Sərhəd keçidi proseslərinin intensivliyinin artırılması məqsədilə qarşı tərəfdəki həmkarlar ilə müzakirələr aparılır və sıxlığın aradan qaldırılması ilə bağlı müvafiq tədbirlər görülür”.

Kənd Təsərrüfatı Nazirliyindən Turan İnformasiya agentliyə bildirilib ki, bu, məhsulun ixracı məsələsinə Qida Təhlükəsizliyi Agentliyi baxır. Bu agentlikdən isə fermerlərin problemlərinə cavab almaq mümkün olmayıb.

Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmovsa hesab edir ki, hökumət fermerin yaşadıqları problemin həlli üçün təcili addımlar atmalıdır, çünki vaxt keçdikcə fermerin bir illik zəhməti hədər gedir:

“Mən əlaqə saxlayıram tez-tez fermerlərlə. 175 yük maşını sərhəddədir. Rusiya tərəfi sənədləşmə işlərini gec aparır. Maşınlar da hər gün artır. Yük maşınlarında da məhsullar günün altında xarab olur”.

Vahid Məhərrəmovun sözlərinə görə, hökumət dizelin qiymətinə yenidən baxmalıdır, özəlliklə, kiçik və orta fermerlərin məhsulu ixrac etməsinə, eləcə də daxili bazara çıxarmasına dəstək verməlidir, fermerin əlavə xərcləri ləğv olunmalıdır.

Vahid Məhərrəmov deyir ki, qarşıdan gilas, çiyələk kimi mövsümi meyvələrin zamanı gəlir, onlar yetişənəcən problem aradan qaldırılmalıdır. Soyuducularda bütün fermerlərin istifadəsi üçün bərabər və əlçatımlı imkanlar yaradılmalıdır. Onun sözlərin görə, ötən illərdə 4-5 günə, uzağı bir həftəyə məhsulu Rusiya bazarına çıxarmaq mümkün olurdusa, indi ən yaxşı halda 16 günə çatdırmaq olar.

Cəlilabbadda, Göyçaydan, Qubadan və Azərbaycanın digər bölgələrindən olan fermerlər isə çəkdikləri xərcin, əziyyətin gözləri qarşısında məhv olub, getdiyini deyirlər. Heç bir addım da ata bilmirlər.

Hələlik Azərbaycan hökumətinin yuxarı dairələrindən bu problemlə bağlı açıqlama verən olmayıb.





 



Xəbərin oxunma sayı : 1324




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap