Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Zelenski Ərdoğana təşəkkür etdi - FOTO

Tarix 22.09.22, 20:21

Font ölçüsü : - / +
bitmap-img6


Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə əsir mübadiləsindən sonra ölkəyə qaytarılan 215 ukraynalıya görə Türkiyənin vasitəçiliyi üçün ölkə lideri Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

Zelenski mübadilə yolu ilə ölkəyə qaytarılan Ukraynanın Azov batalyonunun komandirləri ilə videokonfrans vasitəsilə görüşüb.

O, geri qaytarılan batalyondan beş nəfərin təhlükəsizlik məqsədi ilə Türkiyədə olduğunu qeyd edib:

“Prezident Ərdoğanla danışdım. Azovun beş komandiri Ərdoğanın xüsusi nəzarəti altında Türkiyədə təhlükəsiz şəraitdə saxlanılacaq”.

Zelenski əlavə edib ki, mübadilə zamanı 55 əsgəri Rusiyaya qaytarıblar.

Bu, fevralın 24-dən bəri ən böyük mübadilə olub.

Dünən Ərdoğanın Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Zelenski ilə apardığı diplomatik danışıqlar nəticəsində 200 hərbi əsirin dəyişdirildiyi açıqlanıb.

Ərdoğan Türkiyənin vasitəçiliyi ilə Rusiya ilə Ukrayna arasında əsir mübadiləsinin müharibənin sona çatması istiqamətində mühüm addım olduğunu bildirib.

Xatırladaq ki, sentyabrın 21-də Ukrayna 124-ü zabit və 10-u əcnəbi olmaqla 215 nəfəri Rusiya əsirliyindən geri qaytarıb. Onların arasında Ukrayna Silahlı Qüvvələrinin hərbçisi, əslən azərbaycanlı olan 1999-cu il təvəllüdlü Babayev Rüstəm Arif oğlu da var.





Xəbərin oxunma sayı : 730




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap