Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Zelenski konstitusiyaya dəyişikliklərə çalışır – Deputatlar üçün daha sərt qaydalar tətbiq olunacaq

Tarix 04.09.19, 13:09

Font ölçüsü : - / +
bitmap-img6


Ukrayna Prezidenti Vladimir Zelenski sentyabrın 3-də parlamentin gündəliyinə daha üç qanun layihəsi sala bilib.

Bu layihələr nəticəsində konstitusiyaya, parlamentin tərkibinə dəyişiklər olunacaq, deputatlar üçün daha sərt qaydalar tətbiq olunacaq.

Layihələrin birində deputatların sayının 33 faiz azaldılaraq 300-ə salınması, səlahiyyət müddətinin 5 ilə salınması nəzərdə tutulur. Layihəni 258 deputat dəstəkləyib və Konstitusiya Məhkəməsinə göndərilib.

279 deputatın dəstəklədiyi ikinci layihədə isə deputatların səsvermədə iştirak etməməsi, iclaslara üzrsüz səbəbdən qatılmaması, vəzifədə ikən vətəndaşlıqdan imtinası, başqa bir ölkənin daimi vətəndaşına çevriləcəyi halda mandatının alınması nəzərdə tutulur.

Üçüncü qanun layihəsi isə sıravi vətəndaşların parlamentə qanunvericilik təqdim etməsini nəzərdə tutur.

Hazırda prezident, Nazirlər Kabineti və parlament üzvləri qanunvericilik təşəbbüsü ilə çıxış edə bilər.

Zelenskinin təklif etdiyi daha bir konstitusiya düzəlişi sentyabrın 3-də qəbul olunub, deputatların toxunulmazlığı ləğv edilib.

Prezidentin “Xalqın qulluqçusu” partiyası 450 yerlik parlamentdə 254 yerə sahibdir. (azadliq.org)




Xəbərin oxunma sayı : 541




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap