Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Zəlzələ bölgəsinə qar yağdı: Azərbaycanlılar küçədə qaldı

Tarix 19.11.19, 13:48

Font ölçüsü : - / +
bitmap-img6


Noyabrın 8-də Şərqi Azərbaycanda baş verən zəlzələ bölgəsində təbii fəlakətdən zərərçəkənlər olduqca ağır vəziyyətdə yaşayır.

AzFakt.com GünAz TV-yə istinadən xəbər verir ki, bir neçə gündür soyuq hava şəraitinin hökm sürdüyü zəlzələ bölgəsinə dünən güclü qar yağıb. Bu vəziyyət çadırlarda gecələyən ailələr, xüsusi ilə uşaqlar üçün böyük problem yaradıb, bir çox insan ağır xəstələnib. Hətta güclü qar və şaxtalı hava səbəbindən bu gün zəlzələ bölgəsi ilə yanaşı Güney Azərbaycanın bir neçə əyalətinin müxtəlif məntəqələrində məktəblər üçün tətil elan olunub.

Zəlzələdən zərərçəkənlərin əksəriyyəti kənd əhalisi olduğundan onların əsas işi heyvandarlıqdan ibarət olub. Çox sayda ailənin dolanışığını təmin edən mal-qara soyuq hava şəraitindən tələf olur. Onları soyuqdan qorumaq üçün heç bir şərait yoxdur.

Sarab Şəhər İcra Hakimiyyətinin başçısı noyabrın 18-də verdiyi açıqlamada təbii fəlakət bölgəsində təcili olaraq 120 kaneksə (dəmirdən hazırlanan sığınacaq evlər) ehtiyac olduğunu bildirib. İrəc Səqəfi vurğulayıb ki, hal-hazırda dağıntıları təmizləmə əməliyyatından daha vacib məsələ insanları kanekslərə yerləşdirməkdir.

Şəhər İcra Hakimiyyəti başçısının sözlərindən məlum olub ki, bölgədə dağıntıların təmizləmə əməliyyatı da çox ləng gedir.

İrəc Səqəfi həmçinin vurğulayıb ki, çox sayda ailənin ev kiralamaq üçün kreditə ehtiyacı var. Təxminən 800 ailə 10 milyon tümən məbləğində kredit almaq üçün müraciət edib. Hələlik 100 nəfərə kredit verilib, lakin banklara bu insanların tələbini təmin etməklə bağlı tövsiyyələr verilib.

Bu arada Güney Azərbaycanın Əcəbşer şəhərinin əhalisi Miyana və Sarabın zəlzələ bölgəsinə yardım göndərib. Yardımlar əsasən qızınmaq vasitələri, mineral su, konserv və digər ərzaq məhsullarından ibarət olub.

Qeyd edək ki, 8 noyabrda Şərqi Azərbaycan Əyalətinin Miyana məntəqəsinin Tərk şəhəri ətrafında yerli vaxtla saat 02:17-də təxminən 6 bal gücündə zəlzələ baş verib. Hadisə nəticəsində Miyana və Sarab məntəqələrində bir çox kənddə evlər dağılıb. Çox sayda ölən və xəsarət alanlar olub. Lakin deyilənlərə görə, hökumət təbii fəlakətdə ölənlərin sayını gizlədir. Hazırda zəlzələ bölgəsində ağır vəziyyət hökm sürür, soyuq hava şəraiti vəziyyəti daha da ağırlaşdırıb. Bölgədə ərzaq məhsulları, qızınmaq vasitələri, tibbi ləvazimat və digər yardımlara təcili ehtiyac var. Dövlətin etdiyi yardım olduqca yetərsizdir, insanların zəruri ehtiyaclarını ödəmir. Zəlzələ bölgəsinə ən çox yardım göstərən yenə də Güney Azərbaycan əhalisidir.



Xəbərin oxunma sayı : 220




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap