Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Zəngəzur dəhlizi həm ölkəmizin yerləşdiyi regionda, həm də bütövlükdə türk dünyasında yeni....

Tarix 05.04.21, 11:33

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanın qələbəsi ilə başa çatan ikinci Qarabağ müharibəsi təkcə ölkəmizin ərazi bütövlüyünün bərpa olunması və haqq-ədalətin öz yerini tapması ilə əlamətbdar deyil. Bu müharibənin nəticələri həm də region dövlətləri üçün yeni əməkdaşlıq potensialı yaradıb. Yaranan qarşılıqlı faydalı əməkdaşlıq imkanları bölgədə çoxşaxəli münasibətlərin inkişafına xidmət göstərir və böyük iqtisadi- ticari qazanc vəd edir.

Bu istiqamətdə diqqət yetirilən əsas məsələ regionda yeni nəqliyyat-kommunikasiya xəttinin yaradılmasıdır. Azərbaycan Prezidenti cənab İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının
videokonfrans formatında keçirilən qeyri-formal Zirvə görüşündə qeyd etdi ki, müharibə başa çatdı, münaqişə tarixdə qaldı. Yeni imkanlar yarandı. Onların arasında hesab edirəm ki, ən vacib imkan
nəqliyyat imkanlarıdır. Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq.Əlbəttə, Zəngəzur dəhlizi həm ölkəmizin yerləşdiyi regionda, həm də bütövlükdə türkdünyasında yeni siyasi-iqtisadi mənzərənin formalaşmasına zəmin yaradacaq. Məlumdur ki, Zəngəzurun
o vaxt Azərbaycandan alınması və Ermənistana birləşdirilməsində məqsəd həm də türk dünyasında qarşılıqlı münasibətlərin inkişafına mane olmaq idi. Çünki bu addım coğrafi ayrılmaya səbəb olurdu.
Amma qədim Azərbaycan torpağı olan Zəngəzur yeni şəraitdə türk dünyasında birləşdirici rol bboynayacaq. Bu ərazidən keçən nəqliyyat xətti türkdilli dövlətlərin əməkdaşlıq imkanlarını
genişləndirəcək. Ən vacib məqamlardan biri yeni kommunikasiya vasitəsilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşməsi, Azərbaycanın əsas hissəsi ilə muxtar respublika arasında
birbaşa quru əlaqəsinin yaranmasıdır.  Təbii ki, bu, sosial-iqtisadi cəhətdən çox önəmlidir. Yeni infrastrukturun yaranması Azərbaycanın tranzit əhəmiyyətinin artması, iqtisadi inkişafının sürətlənməsi
baxımından əhəmiyyətlidir. Eyni zamanda, bu proses uzun müddət blokada vəziyyətindən əziyyət çəkən Naxçıvan Muxtar Respublikasının inkişafı üçün yeni imkanlar yaradır. Təbii ki, Orta Asiya ilə Avropanı
birləşdirən bu infrastruktur layihəsi digər region ölkələri üçün də iqtisadi fayda əldə etmək üçün perspektivlidir. Beləliklə, qalib Azərbaycanın yaratdığı əməkdaşlıq imkanları bütün region üçün faydalıdır.
Tərəfdaş ölkələrin bu imkanlardan istifadə etməsi isə ölkəmizin çoxşaxəli münasibətlərinin inkişafına töhfə olacaq. 

Əlişirin Əliyev



Xəbərin oxunma sayı : 316




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap