Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Zəngəzur dəhlizinin açılması buna görə vacibdir - Deputat

Tarix 11.05.21, 15:38

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Prezidenti cənab İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Zəngəzur dəhlizinin açılacağını bir daha bəyan edib. İşğaldan azad olunan ərazilərimizdə sözügedən dəhlizə inteqrasiya olunacaq infrastruktur işlərinə artıq başlanılıb. Horadiz-Ağbənd dəmir yolu xətti Azərbaycanın qərb hissəsi ilə Naxçıvanın Zəngəzur dəhlizi vasitəsi ilə birləşməsinə imkan verəcək. Naxçıvan ərazisində 16 km-ə yaxın dəmiryolu xətti də bərpa ediləcək.

AzFakt.com xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov qeyd edib. Deputat bildirib ki, Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinə inteqrasiya olunacaq Zəngəzur dəhlizi nəinki bölgənin, bütövlükdə Türk dünyasının birləşməsinə imkan verəcək: 



"Layihənin iqtisadi üstünlükləri ilə yanaşı strateji əhəmiyyəti də kifayət qədər böyükdür. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq. Bu baxımdan, bu, eyni zamanda tarixi bir hadisə olacaq".

V.Bayramovun sözlərinə görə, bununla yanaşı, Zəngəzur dəhlizinin açılması kommunikasiyaların bərpası prosesində geri-dönməzliyin təmin edilməsi baxımdan da vacibdir: "Əslində, Zəngəzur dəhlizi Cənubi Qafqazda davamlı sülhə xidmət edəcək təşəbbüsdür. Bu dəhlizin istifadəyə verilməsi 10 noyabr tarixli birgə Bəyanatda təsbit edidiyindən, daha qısa zamanda Azərbaycanın qərb hissəsi ilə Naxçıvanın quru nəqliyyat yolu ilə birləşməsinin reallaşa biləcəyi anlamına gəlir. Bu, həmçinin bölgədə yeni düzənin formalaşdığından xəbər verir".



Xəbərin oxunma sayı : 697




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap