Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Zibilləyənlərə qarşı zibilləmə mübarizəsi: Bura zibil atanın... (VİDEO)

Tarix 28.01.20, 23:38

Font ölçüsü : - / +
bitmap-img6


Son zamanlar Bakının mərkəzi, eləcə də digər daxili yollarının kənarlarının zibillənməsi halı artıb. Küçələri zibilləyənlərlə mübarizə apardığını sananlar isə divarları xoşagəlməz sözlərlə zibilləməkdən belə çəkinmirlər.

Məsələnin aktuallığını nəzərə alan ARB TV-nin "Günə doğru” verilişi maraqlı sujet hazırlayıb və problemin səbəblərini araşdırıb.

"Bura zibil atma, ölünün goruna...”

"Bura zibil atanın ölüsünə, dirisinə lənət”

Digər yerlərdə isə daha nalayiq sözlərdən istifadə edilir. Görünür insanlar yol kənarlarına, küçələrə zibil atanlara qarşı daha fərqli və xoşagəlməz mübarizə metodu seçiblər. Onlara qarşı bu cür təhqiredici və pis söyüşlərdən istifadə olunur ki, yol kənarlarına, bu cür yerlərə zibil atmasınlar.

Sakin: "Zibili elə yolla keçənlər, uşaqlar, böyüklər hara gəldi atır yol kənarına, sonra da çıxıb gedirlər. Divarda yazılan sözlər belə onlara təsir etmir, təsir etsə zibili küçəyə, yol kənarına atmazlar”.

Əhməd Qəşəmoğlu – Sosioloq: "Bu çıxış yolu deyil. Hətta bu biraz da elə ölkədə yaşayan insanların özünə də rahatsızlıq yaradır. Çünki hər adam o divarlarda söyüşü oxumaqdan rahat olmur ki. əksinə körpə uşaq var, başqaları var, onlar narahatlıq yaşayırlar. Eyni zamanda xarici ölkə vətəndaşları, turistlər və digərləri onun fotoşəklini çəkir, tərcümə etdirir ki, bunlar küçəyə nə yazıblar?  Bu çox primitiv bir mübarizə üsuludur”.

Ekspertlərin sözlərinə görə, bu cür halların qarşısını inzibati yollarla almaq olar. Şəhəri zibilləmək qanunvericiliyə əsasən inzibati xəta hesab olunur və 50 manat məbləğində cəriməyə səbəb ola bilər.

Samir Qasımov – Vəkil: "Bu halı əgər kimsə görürsə, şəkilini çəkə bilər. Şəkili polisə və digər orqanlara göndərərək, həmin şəxsin cəzalandırılmasını tələb edə bilər”.

Problemin birdəfəlik həllinə gəlincə, ekspertlər hesab edir ki, əhali arasında maarifləndirmə işi aparmaq lazımdır. Həmçinin, ictimai qınaq olmalıdır. Şəhəri zibilləyən, məişət tullantılarını hara gəldi atanlar ətrafdakı digər insanlar tərəfindən müəyyən edilməli və ifşa olunmalıdır.







Xəbərin oxunma sayı : 232




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap