Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Zirzəmidə yaşayan jurnalist - Adı ev siyahısına niyə salınmadı?

Tarix 21.06.17, 22:00

Font ölçüsü : - / +
bitmap-img6


"APA Holding”in tərkibində fəaliyyət göstərən rusdilli Vesti.az İnformasiya Agentliyinin əməkdaşı Vəfa Fərəcovanın zirzəmidə yerləşən "ev”indən edilən reportaj sosial şəbəkələrin müzakirə mövzusuna çevrilib

BakuPost.az xəbər verir ki, zirzəmidə məskunlaşan xanımın həyat şəraiti sosial şəbəkə istifadəçiləri və jurnalistin həmkarlarının etirazına səbəb olub. Həmkarları jurnalistlər üçün tikilən binadan V.Cəfərovaya da ev verilməsi barədə çağırışlar ediblər. Onlar jurnalistin adının da ev veriləcək şəxslər siyahısına salınmasını istəyiblər. 

BakuPost.az-ın əməkdaşı məsələ ilə bağlı "APA” Holdingin prezidenti V. Mahirqızı ilə əlaqə saxlayıb. V.Mahirqızı Vəfa Fərəcovanın Vesti.az informasiya agentliyinin əməkdaşı olduğunu bildirib və buna görə də məsələylə bağlı sözügedən saytın baş direktoru Araz Zeynalovla əlaqə yaratmağı tövsiyə edib.
 
Araz Zeynalov saytımıza açıqlamasında Vəfa Fərəcovanın adının ev almağa namizədlərin siyahısına salınmamasını belə izah edib: "Vəfa xanım bizim ştatda olan işçimiz deyil. O, müqavilə ilə işləyir. Kriteriyalara cavab vermədiyinə görə adı o siyahıya salınmayıb. Məsləhət olundu ki, Vəfa Fərəcova özü fərdi qaydada ev üçün müraciət etsin və belə də oldu”.

Sayt rəhbəri qeyd edib ki, sözügedən xanımın ağır şəraitdə yaşamasından xəbərdar olublar: "Ağır şəraitdə yaşadığından xəbərimiz var idi. Neçə illərdir ki, o, "Qaçqınkom”a müraciət edir. Gedir-gəlir. Söz verirlər ki, düzələcək, amma hələ bir şey yoxdur. Çox istərdik ki, ona ev verilsin, bu ağır şəraitdən qurtulsun”. 

Məlumat üçün bildirəki ki, ev almaq üçün ümumilikdə "APA Holding”ə daxil olan saytlardan aşağıdakı şəxslərin namizədliyi müəyyənləşdirilib:

APA-dan müyyənləşdirilən namizədlər: 

Nurşən Quliyev – APA Agentliyinin baş redaktoru, KİV-də iş stajı 18 il, APA-da 13 il
Gülşən Hacıyeva – APA Agentliyində redaktor, KİV-də iş stajı 16 il, APA-da 13 il
İxtiyar Əsgərov – APAsport Agentliyində baş redaktor, KİV-də iş stajı 13 il, APA-da 13 il
Ülkər Qasımova – APA-da mədəniyyət yazarı, APA TV-də baş prodüsser, KİV-də iş stajı 15 il, APA-da 13 il
İlkin Əhmədov – APA-Ekonomiks-də redaktor, KİV-də iş stajı 10 il, APA-da 3 il
Hafiz Heydərov – APA İnformasiya Agentliyində müxbir, KİV-də iş stajı 12 il, APA-da 12 il

Lent.az-da müəyyənləşdirilən namizədlər:

Qabil Abbasoğlu – Lent.az saytında baş redaktor, KİV-də iş stajı 25 il, lent.az-da 10 il
Kəmalə Quliyeva – Lent.az saytında redaktor, KİV-də iş stajı 22 il, APA-da 4 il, lent.az-da 4 il
Nizam Rza – Lent.az-da müxbir, KİV-də iş stajı 10 il, Lent.az-da 7 il

Vesti.az-da müəyyənləşdirilən namizədlər:

Zaur Nurməmmədov – Vesti.az saytının baş redaktor müavini, KİV-də iş stajı 15 il, 3 il APA-da, 7 il vesti.az-da
Fərid Teymurxanlı – Vesti.az saytının redaktoru, KİV-də iş stajı 14 il, vesti.az-da 7 il
Vüqar Həsənov – Vesti.az saytında müxbir, KİV-də iş stajı 10 il, vesti.az-da 8 il.



Xəbərin oxunma sayı : 166




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap