![]() |
|














Ziya Kazımovun ailəsi general Kərim Vəliyevə müraciət etdi - Ali məhkəməyə xasiyyətnamə göndərilməsi üçün
Tarix 14.06.24, 12:53 |
|

44 günlük "Vətən müharibəsi”, "Lokal Antiterror” əməliyyatları iştirakçısı, müharibə veteranı polkovnik-leytenant Kazımov Ziya Məhəddin oğlunun həyat yoldaşı Gülməmmədova Ülkər Bəhruz qızı Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərəm Vəliyevə müraciət edib.
AzFakt.com xəbər verir ki, zabitin həyat yoldaşı müraciətində Ali məhkəməyə Z.Kazımovun onun qüsursuz hərbi xidmətləri ilə bağlı xasiyyətnaməsini göndərilməsini xahiş edib:
"Mənim həyat yoldaşım polkovnik-leytenant Kazımov Ziya Məhəddin oğlu 23.08.2001-ci il tarixindən Azərbaycan Ordusu sıralarında qüsursuz xidmət edir. Qüsursuz xidmətlərinin göstəricisi olaraq Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası müdafiə nazirinin müvafiq əmrləri ilə 2012-ci il tarixində "Qüsursuz Xidmətə görə” 3-cü dərəcəli medalı ilə, 2-17-ci il tarixində "Qüsursuz Xidmətə Görə” 2-ci dərəcəli medalı ilə, 2023-cü il tarixində "Qüsursuz Xidmətə görə” 1-ci dərəcəli medalı ilə təltif olunub. Müdafiə Nazirliyinin tabeliyində olan Xüsusi Təyinatlı Qüvvələrdə, 2-ci Ordu Korpusunun snayper bölməsində, kəşfiyyat taborunda, əməliyyat taborunda, komando bölməsində fərqlənmə ilə xidmət edib. Vətənə 23 illik xidməti dövründə əmr və tapşırıqları layiqincə yerinə yetirdiyi üçün Müzəffər Ali Baş Komandanımız, Sizin və Müdafiə Nazirliyinin yüksək rütbəli zabit heyəti tərəfindən dəfələrlə təşəkkür, fəxri fərman, qiymətli hədiyyə və medallarla təltif olunub.
Müdafiə nazirinin 26 iyun 2020-ci il tarixli əmri ilə "Hərbi Xidmətdə Fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunub.
2006-2015-ci il tarixlərində xüsusi təyinatlı müxtəlif növ məxfi tapşırıqları yerinə yetirib.
2016-cı il tarixində Aprel döyüşlərində iştirak edib.
2016-2018-ci il tarixlərində müxtəlif snayper tapşırıqlarını yerinə yetirib.
2020-ci il 44 günlük Vətən müharibəsində iştirak edərək düşmənin 30 il ərzində möhkəmləndirdiyi "Ohanyan” səddini ilk yaran hərbi hissənin komandiridir. Səddin yarılmasını və ilk düşmən mövqeyinin geri alınmasını mənim həyat yoldaşım məruzə edib. Müzəffər Ali Baş Komandanımızın "İRƏLİ” əmri ilə 2-ci Ordu Korpusunun komandiri general-leytenant Mayis Bərxudarovun, Milli Qəhrəman şəhid polkovnik Şükür Həmidovun sərəncamında "Lələ-İllah” dağının qarşısındakı və solundakı mövqe və yüksəklikləri, düşmənin Araz çayı boyunca möhkəmləndirdiyi ön xətt mövqelərini, həmçinin digər hərbi hissələrin köməyinə gedərək kənd Horadiz və Nüzgar kəndləri istiqamətində Ordumuzun hərəkətini 6 gün ərzində məhdudlaşdıran düşmənin 1-ci və 2-ci eşalonda yerləşən ardıcıl 3 mövqeyini bir günə darmadağın edərək hücumu davam etdirib.
Mehdili, Koroğlu, Şeybey, Qıycaq, Daşkəsən, Balyand kənlərinin və Cəbrayıl rayonunun işğaldan azad olanması uğrunda döyüşüb.
Qaranollu, Yuxarı Güzlək, Qarazıllı, Xatınbulaq, Mollavəlili, Qarabazar, Yuxarı və Aşağı Rafadanlı, Yal Pirəhmədi, Xələfşə kəndlərini, Şabandağ, İlandağ və digər yüksəklikləri öz hərbi hissəsi olan əməliyyat taboru ilə düşməndən təmizləyərək işğaldan azad edib.
Cəbrayıl-Füzuli, Cəbrayıl-Hadrut, Hadrut-Füzulu magistral yolunu düşməndən azad edərək ələ keçirib, bununla da düşmənin bir istiqamətdə irəliləməsini tamamilə dayandıraraq Hadrutun düşməndən təmizlənməsində, işğaldan azad olunmasında uğrunda döyüşüb.
Kürdlər, Gecəgözlü, Ayıbasan, Seyidəhmədli kəndlərində gedən döyüşlərdə və düşməndən təmizlənməsində iştirak edərək, Füzuli rayonunun işğaldan azad olunması uğrunda döyüşüb.
27.20.2020-ci il tarixindən Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyevin sərəncamında, "Vətən Müharibəsi Qəhrəmanı” general-mayor Zaur Cavanşir, "Vətən Müharibəsi Qəhrəmanı” general-mayor Kənan Seyidovun əmrləri ilə Xocavənd rayonunun Tuğ, Meçtaxlar kəndindən keçməklə Şuşa istiqamətində, meşə və dağ yollarından hərəkət edərək Çanaxçı, Dəmirçilər, Siqnax kəndlərinin, Şuşakənd istiqamətində yüksəkliklərin ələ keçirilməsi və işğaldan azad edilməsi uğrunda döyüşməklə düşmənin diqqətini öz üzərinə çəkərək XTQ-nin Şuşaya girməsinə şərait yaratmışlar. Şuşa istiqamətində hərəkət edən əməliyyat qrupları digər hərbi hissələrlə birlikdə Şuşaya daxil olaraq qələbə qazanılıb.
44 günlük Vətən müharibəsi zamanı beş dəfə yaralansa da, yanlız ikisində döyüşçülər tərəfindən yaralı halda hospitala döyüş sahəsindən təxliyyə olunmuş, hospitalda ayıldığı zaman uzunmüddətli müalicəni qəbul etməyib döyüşə qayıdaraq döyüşmüşdür. Digər 3 (üç) yaralanmada döyüş sahəsini tərk etməyib.
Vətən müharibəsi zamanı verilən döyüş tapşırıqlarının yerinə yetirilməsi və iştirakı nəzərə alınaraq 30.09.2021-ci tarixində 212 nömrəli hərbi hissənin komandiri general-leytenant Mais Bərxudarov tərəfindən "Şuşa uğrunda”, Cəbrayıl”, "Xocavənd”, "Füzuli” rayonlarının azad edilməsi, "Cəsur döyüşçü”, "İgidliyə görə”, "Şücaətə görə” medalları və "Rəşadət” ordeninə layiq görülüb.
Bununla bağlı müqafiq sənədlər Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə göndərilməsi üçün hazırlanmış və 212 nömrəli hərbi hissəyə təqdim edilib.
19 sentyabr 2023-cü il tarixində "Lokal Antiterror” əməliyyatında öz komanda taboru ilə Qırmızıbazar, Xankəndi yolunu bağlayaraq Xocalı istiqamətində döyüşüb. Altıncı dəfə burada yaralanıb, lakin yenə də döyüş sahəsini tərk etməyərək döyüşə davam edib. Müzəffər Ali Baş Komandanın əmri ilə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşən həyat yoldaşım Vətən müharibəsində olduğu kimi "Lokal Antiterror” əməliyyatlarında da ordenə layiq görülmüşdür. İkincə dəfə fərqli ordenə layiq görülməsi münasibətilə hazırlanmış sənədlər 212 nömrəli hərbi hissəyə təqdim edilib. Lakin uzun müddət təltif olunacağını gözləsək də, bu günə qədər "Müharibə iştirakçısı” medalı xaric, heç bir medal və ordenlə təltif edilməyib.
Bu qədər gözəl, çətin və şərəfli döyüş yolu keçən XTQ mənsubu, snayper, paraşüt-desantçısı, kəşfiyyatçı, komando olan bir Azərbaycan zabiti, müharibə veteranı həyat yoldaşım polkovnik-leytenant Kazımov Ziya Məhəddin oğlunun tabeliyinizdə ola-ola günahsız olduğunu bildiyiniz halda, tutulmasına göz yumulub, hazırda məhkum həyatı yaşamasına laqeyd qalmısınız.
Nə Sumqayıtda keçirilən Bakı Hərbi Məhkəməsində, nə də Apelyasiya məhkəməsində Müdafiə Nazirliyi və Siz tərəfdən heç bir köməklik edilməyib. Belə bir döyüş yolu keçən zabitə kömək etməyib, kimə edəcəksiniz? O, xidməti ilə bağlı hara getsə, bizim ailə də ora yerləşib. Axırıncı xidmət yeri Hadrut olub. Mən indi himayəmdə olan iki azyaşlı uşaqla hazırda Beyləqan rayonunda kirayə evdə qalıram. Oğlum Metexaqan 2023-cü ildə keçirdiyi əməliyyatla bağlı hərəkət məhdudluğu var. 23 il ev-eşik üzü görməyən, Vətəni üçün canından-qanından, ailəsindən keçən döyüşçü indi məhkum həyatı yaşayır. Sizdən mənim həyat yoldaşımın, Şanlı Azərbaycan Ordusunun zəfər çalmış zabitinə əlinizdən gələn köməklik etmənizi, günahsız olaraq məhrum olunduğu işdə bəraət almasına və ya işinin yüngülləşdirilməsinə köməklik etməyinizi, bu işi nəzarətə götürməyinizi və onun hərbi xidmətləri ilə bağlı xasiyyətnaməsini Ali məhkəməyə göndərməyinizi xahiş edirəm”
Xəbərin oxunma sayı : 1474
Gündəm
Xəbərlər
-
Azərbaycan klublarının yay transferləri: Kim gəlir, kim gedir?
-
Xanımı Ərdoğanın çlxışı zamanı ağladı - VİDEO
-
Bakı Suriya və İsrail danışıqlarına ev sahibliyi edəcək - KİV
-
Fitnes məşqçilərinin təqdim etdiyi qidalanma proqramları niyə bahadır? - VİDEO
-
Ölkədə 1,5 milyon sahibkar var - Ən çox biznesmen hansı rayonlardadır?
-
Azərbaycanlılar Türkiyədə kütləvi şəkildə mənzil alırlar: Onları ora nə çəkib aparır?
-
Xurmanı Almaniyadan 17 manata, Çindən 2 manata alırıq - QİYMƏTLƏR
-
“Putin İranın uranı zənginləşdirməsinə tam qadağanı dəstəkləyir“ - KİV
-
“Epidbiomed” MMC-yə 138 min manatlıq sifariş - Təsisçisi qanunsuz dərman dövriyyəsinə görə həbs edilmişdi
-
Yeni qida normaları kimlərə şamil ediləcək? - DEPUTAT AÇIQLADI
-
Abşeron İcra Hakimiyyətinin həbs olunan əməkdaşı: “Zəng edib dedi ki, 30 min manat istə“
-
“Sputnik Azərbaycan“ Rusiya FTX-nin filialından başqa bir şey deyildi - Mətbuat Şurası
-
İlham Əliyevin Suriya Prezidenti ilə geniş tərkibdə görüşü oldu - FOTOLAR
-
Çay evində zarafat faciə ilə nəticələndi - Göyçaydakı cinayətin TƏFƏRRÜATI
-
SOCAR Suriya Hökuməti ilə Anlaşma Memorandumu imzaladı - FOTO
-
Nazirlikdən hava ilə bağlı əhaliyə - Videomüraciət
-
“Türkiyə Suriyada da terror dəftərinin bağlanacağına inanır“ - Ərdoğan
-
Azərbaycan klublarının dəyəri nə qədərdir? - SİYAHI
-
Suriya Prezidenti Azərbaycandadır - Fotolar
-
Hər 1 manat Yağmurun həyatını xilas edə bilər - Çarəsiz anadan yardımsevər insanlara MÜRACİƏT
-
Xanımı Polad Həşimovun şəhid xəbərini necə almışdı? - FOTOLAR
-
Dövlət Departamentinin 1300 əməkdaşı işdən çıxarıldı - FOTOLAR
-
Ali Məhkəmənin hakimi Nigar Rəsulbəyova təqaüdə göndərildi - FOTO
-
“Evlərimiz təhlükədədir, hər an çökmə baş verə bilər” - VİDEO
-
Koçaryan Simonyana qarşı daha bir iddia qaldırıb - Nədə ittiham edir?
-
Avtomobillərin utilizasiyası sistemində boşluqlar - İşbazlar fürsətdən istifadə edirlər (VİDEO)
-
Bağçalara qəbul başlayır - Proses necə keçiriləcək?
-
Ölkədə nikahsız doğulanların sayı artır - İki baxış
-
Həm arıq saxlayır, həm də ürəyə xeyirdir - Hazırda mövsümüdür
-
Tələbələrin təqaüdündən xəbərsiz tutulan pullar hara gedir? - VİDEO
-
Çoxmərtəbəli binalarda səs izolyasiyasına niyə diqqət edilmir? - VİDEO
-
Tovuz döyüşlərindən 5 il ötür
-
Abortla bağlı yeni qanun qəbul edilə bilər - VİDEO
-
Qərb Ukraynaya silah tədarükünü bərpa edib - Zelenski
-
Xocalı girovlarının ifadələri: Dəhşətli faktlar ortaya çıxdı
-
Mingəçevir sakinlərin nəzərinə: Bəzi ərazilərdə qaz olmayacaq
-
“Yadıma düşmür ki, nəvaxtsa mən onu söyüm...“ - Zülfüqarov Məmmədyarova cavab verdi
-
Kolumbiya üsyançılarının sayı artır - hökumət narahatdır
-
Masallıda 24 yaşlı oğlan xalası qızı ilə münasibətdə oldu: anası və atasına isə... - TƏFƏRRÜAT
-
“Azəriqaz”da absurd təyinat…- Nəqliyyat mühəndisi maliyyə sektorunda
-
15 mini icra başçısının sürücüsünə vermək adı ilə aldı - Sahibkarın başına iş gəldi
-
Baş prokuror Nərimanovda vətəndaşları qəbul etdi - Fotolar
-
“Qaçqınkom“un tenderi şübhələr yaratdı: “SS-İnşaat“ kimindir?
-
Əli Əsədov İqtisadi Şuranın üzvlərini topladı - Müzakirə
-
Natiq Cəfərli quru sərhədlərinin bağlı qalmasını tənqid etdi - “Belə də iş olar?!”
-
“Stomatoloq.Mehemmed” necə pasiyentləri implant edir? - Araşdırma
-
Dövlət Miqrasiya Xidməti əməkdaşlarının geyim forması dəyişdi - Fərman
-
Biləcəridə şəhid ailəsinin evini dağıtdılar - FOTOLAR
-
Serftifikasiyadan kəsildi, məktəbə texniki işçi kimi düzəlmək istədi - Dələduzluğun qurbanı oldu
-
Pekin düşmənlərinə qarşı “kiber-arılar“ yaradır - SENSASİNON DETALLAR
-
Əhalinin banklardakı əmanətləri 15 milyard manatı keçib - Statistika
-
Bakıda avtomobil ehtiyat hissələri mağazasının faəliyyəti dayandırıldı - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Nikahların sayı artıb, boşanmalar azalıb - Doğulanların və ölənlərin sayı isə...
-
Mənzil qiymətləri niyə sürətlə artır? - Bazara təsir edən amillər
-
Dənizçi pasportu almaq istəyən 181 nəfəri belə aldadıblar - DƏLƏDUZLUQ İŞİ
-
“Putin Ukraynada uzunmüddətli müharibəyə hazırlaşır“ - “Financial Times“
-
Növbəti dörd gündə havanın maksimal temperaturu 41 dərəcə olacaq - XƏBƏRDARLIQ
-
“Veysəloğlu“ Şirkətlər Qrupunun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı”na yekun vuruldu - FOTOLAR
-
Sosial yardım məbləğində artımlar olacaq? - Deputat
-
PKK silahları təhvil verməyə başladı - FOTOLAR/VİDEO
-
Xocalıda girov götürülmüş qadın: Yaşyarımlıq oğlum başından qəlpə xəsarəti aldı
-
Bosniyalı müsəlmanların qətli - Srebrenitsa soyqırımından 30 il ötür
-
Azərbaycanda orta aylıq əmək haqqı 9 % artıb - Rəsmi
-
Prezident daha bir fərman imzalayıb - Şübhəli əməliyyatlarla bağlı
-
Lisey və gimnaziyalara qəbul - 200 şagirdin nəticəsinin əlavə araşdırılmasına zərurət yaranıb
-
“Yaşayış minimumu haqqında” qanun dəyişib - Fərman
-
Magistraturanı bitirənlər bu qədər maaş alacaq - SİYAHI
-
“Bakinski raboçi”, “Respublika” və “Xalq qəzeti”... - Prezident bu nəşrlərlə bağlı fərman verdi
-
İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi - FOTO
-
Pakistanda avtobusa silahlı hücum olub - 9 nəfər öldürülüb
-
Milli Onkologiya Mərkəzinə 650 min manat ayrılıb - SƏRƏNCAM
-
Bakıda dəfn mərasimində DƏHŞƏT: Oraqla qardaşının BAŞINI KƏSDİ
-
20 avtobus marşrutu müsabiqəyə çıxarılır - SİYAHI
-
Köhnədir, oturacaqları sınıqdır - 50 nömrəli avtobusdan ŞİKAYƏT
-
Bakı zənginlərinin qumar oynadığı məkan: “Ağ klub“un aqibəti necə oldu? (VİDEO)
-
ABŞ-nin NATO müttəfiqləri Amerika silahlarının Ukrayna üçün əvəzini ödəyəcəklər - Tramp
-
Sumqayıtda əliliyi olan şəxslər üçün quraşdırılan panduslar yarımçıq qaldı - VİDEO
-
İsrail yaxın vaxtlarda bir neçə ərəb dövləti ilə sülh sazişi imzalaya bilər - Netanyahu
-
Azərbaycan 103 ölkəyə ixrac, 153 ölkədən idxal edib - Statistika
-
Bazarlarda satılan şaftalıların üzərinə boya vurulur? - VİDEO
-
Azərbaycanda əhalinin yanacaq xərclərinin nə ilə bağlıdır? - VİDEO
-
“Ciyər axşamı”ndakı qanlı davanın səbəbi bilindi - Məclis sahibi də etiraz edib
-
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
-
Vətən müharibəsinin iştirakçısı arvadını öldürüb? - Valideynlər danışdı
-
Metroda ən çox sərnişin bu stansiyalardan istifadə edir - SİYAHI
-
“AtaSığorta” kibertəhlükəsizlik tələblərini pozub - AMB xəbərdarlıq etdi
-
Bakının ən bahalı və ucuz mənzilləri - Sotu 350 min AZN olan torpaq sahəsi
-
Sərxoş sürücü polisə tabe olmadı - İçkili maşın sürməsini belə izah etdi
-
Romada Ukrayna toplantısı: Zelenski Marşall Planı təklif edir
-
“Dedi ki, qardaşı Kürdəxanıda rəisdir” - Restoranda ağlayan qadın aldadılıb
-
Fərid Əhmədov pakistanlı həmkarı ilə görüşdü - Fotolar
-
Bu imtahanın keçirilmə qaydaları dəyişdirildi - Keçid balı artırılıb
-
Kiyevə göndərilən dron səfirliyimizin yaxınlığına düşüb - Fotolar
-
DİN-də kollegiya iclası: Vilayət Eyvazov yeni tələblər qoydu - FOTO
-
Ən çox şikayət edilən sığorta şirkətlərinin - Siyahısı
-
Lavrov və Rubio arasında görüş olub - Nə müzakirə edilib?
-
Bakı metrosunda ən çox hansı stansiyadan istifadə edilir? - SİYAHI
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Nar” tədbirdə rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak etdi - Fotolar
-
Azərbaycanlı “Vaqner”çilər həbs olundu - DTX-dən əməliyyat
-
Məhşur blogerin “Papağ” restoranları “Cart to card” sistemi işləyir? - Vergidən yayınma……
-
İlham Əliyevlə Paşinyan nələri müzakirə ediblər? - Rəsmi açıqlama
-
Cərrah Elçin Bayramov qonşularına təzyiq göstərir - “Heç kimdən qorxmuram...“
-
Azərbaycan kənd təsərrüfatında fəlakət göstəriciləri: Əkin sahələrinin zərəri 90% artdı
-
İşdən çıxarılan məktəb direktorlarının 20 faizi vəzifəsinə bərpa olunub - Nazir
-
Özünü “vəkil“ kimi təqdim edən Səbiyyə Panəliyevanın dələduzluğu davam edir - ŞİKAYƏT
-
Azərbaycanla Ermənistan bu məsələlərdə razılığa gəldi - Görüşün nəticələri
-
Yağış yağacaq, külək əsəcək - Sabahın havası
-
Xocalıda yaralanan şəxs: Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım isə...
-
Generalın nömrəsini axtaran müəllimin başına oyun açdılar - DƏLƏDUZLUQ İŞİ
-
İlham Əliyevlə Nikol Paşinyan arasındakı görüş başa çatdı - FOTO
-
“Bakı və İrəvanın sülh sazişi imzalaması regiona sabitlik gətirəcək“ - Peskov
-
Miras üstündə mübahisələrə son qoyulur? - Qanun dəyişdi, qaydalar yeniləndi
-
“Polisləri görüb qışqırmağa başladım” - Qız qaçıran 3 nəfər niyə azadlığa buraxıldı?
-
Bahalaşan və ucuzlaşan məhsullar açıqlandı - SİYAHI
-
“Atlant” sahibi ilə kürəkəni məhkəmədə üz-üzə - 14 milyon kimin cibindədir?
-
“Təxminən 20 min uşaq bağçadan kənarda qalacaq“ - Nazir
-
Zelenskidən Rusiyaya xəbərdarlıq: “Sərt reaksiya olacaq!”
-
I və IV ixtisas qrupları üzrə imtahan keçiriləcək - DİM-dən xəbərdarlıq
TOP 10
ARXİV