Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Ziya Məmmədovun qardaşına ağır ittiham - Separatçılarla əlaqəsi araşdırılır

Tarix 21.07.19, 13:18

Font ölçüsü : - / +
bitmap-img6


Sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, keçmiş deputat Elton Məmmədova məxsus şirkətin adı Ukraynada ciddi bir qalmaqala qarışıb. 

AzFakt.com xəbər verir ki, bu barədə məlumat azpolitika.info-ya özəl mənbədən daxil olub.

Mənbənin məlumatına görə, Ukraynanın Təhlükəsizlik Xidməti Ukraynadakı bir çox şirkətin Donetskdəki separatçılarla əlaqələrini aşkarlayıb. Onların arasında Elton Məmmədova məxsus şirkətin də olduğu iddia edilir. Bu əlaqələrin hansı formada olduğu hələlik açıqlanmır. Ancaq şirkətlə bağlı ciddi araşdırmaların başladığı, buna görə Elton Məmmədovun da "başının ağrıya” biləcəyi vurğulanır.

Qeyd edək ki, Məmmədovlar ailəsinin Ukraynada böyük biznesinin olduğuna dair məlumatlar yayılıb. Onlara məxsus şirkətlərin Ukraynada, əsasən, tikinti və turizm sektorunda fəaliyyət göstərdiyi bildirilir. Məsələn, bir neçə il əvvəl Ziya Məmmədovun Ukraynanın məşhur Truskavets kurort şəhərində dəyəri on milyonlarla dollarla ölçülən otellər aldığına dair məlumatlar yayılmışdı.

Xatırladaq ki, son parlament seçkilərində namizədliyi belə verilməyən Elton Məmmədov hazırda Azərbaycan Texniki Universitetində (AzTU) Strateji inkişaf üzrə prorektor vəzifəsində çalışır. Tez-tez  mətbuata çıxaraq,  nüfuzlu ağsaqqallar kimi millətə məsləhətlər verməyi də yaddan çıxarmır.

Qeyd olunan iddialarla bağlı Elton Məmmədovun da fikirlərini də dərc etməyə hazırıq.



Xəbərin oxunma sayı : 217




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap