Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Ziyafət Əsgərov: “Hər bir deputat dediyi fikrə görə məsuliyyət daşıyır”

Tarix 26.12.16, 20:32

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Milli Məclis sədrinin birinci müavini Zİyafət Əsgərov bəzi deputatların fikirlərinin ictimaiyyətdə sərt reaksiyalara səbəb olmasına münasibət bildirib. Ziyafət Əsgbərov APA-ya müsahibəsində bildirib ki, hər şeydən əvvəl hər bir şəxs, hər bir deputat dediyi fikrə görə məsuliyyət daşıyır.

“Düzdür bizim “Deputatın statusu haqqında” qanuna görə deputat Milli Məclisdə dediyi sözə görə məsuliyyət daşımır, amma  insanın hüquqi məsuliyyəti ilə yanaşı daxili məsuliyyəti də var.

Hər bir şəxs dediyi sözə görə məsuliyyət daşımalıdır. Həmkarlarıma da xahiş edirəm ki, danışanda, çıxış edəndə, xüsusilə mətbuata müsahibə verəndə hər hansı fikri deyəndə əvvəlcə yüz ölçüb bir biçsinlər. Məsələn, mən bu fikri deyirəm, bu fikir necə yozula bilər, nə cür qəbul oluna bilər və sair. Ona görə də danışanda diqqətli olmalıdırlar”. Z. Əsgərov onu da qeyd edib ki, bəzi media mənsubları var ki, deputatların müsahibələrində mexaniki anlaşılmazlıqdan istifadə edirlər: “Deputat mexaniki yanlışlığa yol verəndə jurnalist də onu istədiyi yerə yozmasın. Bilirsiniz, şükür Allaha, cəmiyyətimizdə indi əmin-amanlıq var, həmrəylik var. Bu həmrəyliyi möhkəmləndirmək lazımdır. Amma təəssüf ki, bizim bəzi qələm adamları bir deputatın ayaqüstü müsahibəsində mexaniki ağzından çıxan sözdən tutub onu yozurlar və belə anlaşılmazlıq yaranır. Amma təbii ki, hər bir deputat həm əməlində, həm də danışığında diqqətli və dürüst olmalıdır, xalqına və dövlətinə xidmət etməlidir!”.



Xəbərin oxunma sayı : 163




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap