Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Zorakılıq edən polislərimiz bizi biabır edir - Makron

Tarix 28.11.20, 11:40

Font ölçüsü : - / +
bitmap-img6


Fransa prezidenti Emmanuel Makron bu yaxınlarda polis tərəfindən qaradərili fransızın döyülməsini pisləyib və hökumətdən əhali arasında hüquq-mühafizə orqanlarının əməkdaşlarına etibarın artırılması üzrə təkliflər irəli sürməyi tələb edib.

“Report” xəbər verir ki, o, bununla bağlı fikirlərini özünün feysbukdakı səhifəsində yazıb.

"Mişel Seklerə hücum kadrları, hansılar ki, hamımız gördük - qəbuledilməzdir. Onlar bizi biabır edirlər", - o feysbukda yazıb.

“Hökumətdən fransızlar və onları müdafiə edənlər arasında etimad zəncirinin mövcud olmasını təsdiqləmək və hər cür ayrı-seçkiliklə daha təsirli mübarizə aparmaq üçün dərhal təkliflər verməsini xahiş edirəm”, - o deyib.

Fransa lideri bildirib ki, hakimiyyət nifrət və irqçiliyin çiçəklənməsinə imkan verməməlidir. O, bəzi asayiş keşikçilərinin zorakılığının qəbuledilməz olduğunu deyib.

Qaradərili prodüser Seklerlə bağlı hadisə 21 noyabrda olub. O, koronavirus pandemiyası ilə əlaqədar Fransada qüvvədə olan sanitar normaları pozaraq küçədə maskasız gəzib. Polis maşınını görən kişi cərimədən qaçmaq üçün öz studiyasında gizlənməyə çalışıb. Ancaq polis əməkdaşları onu izləyiblər. Onlar binaya girərək Sekleri döyməyə və təhqir etməyə başlayıblar.



Xəbərin oxunma sayı : 775




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap