“Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

12 min manat aliment borcunu ödəmədi - Həbs edildi

Tarix 01.05.24, 18:00

Font ölçüsü : - / +
bitmap-img6


Şəkidə xeyli miqdarda aliment borcunu ödəməyən şəxs cinayət məsuliyyətinə cəlb edilib.

“Qafqazinfo” xəbər verir ki, rayonun Aşağı Daşağıl kənd sakini 1988-ci il təvəllüdlü Zaur Buludov (soyad şərtidir) barəsində Cinayət Məcəlləsinin 306.1-ci (məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) maddəsi ilə açılmış iş məhkəməyə göndərilib.

Məhkəmədə bildirilib ki, Zaur Buludov 2019-cu ildə rəsmi nikaha daxil olub və Sabunçu Rayon Məhkəməsinin 2021-ci ildə qəbul etdiyi qətnamə ilə boşanıb.

Həmin vaxt məhkəmə uşaqların anada qalmasına və Zaurun 2 uşağa görə aylıq 340 manat aliment ödəməsinə qərar verib.
Lakin geridə qalan müddətdə 36 yaşlı kişi aliment ödənişini verməyib və 11 800 manat borc yığılıb.

Şəki Rayon Məhkəməsi təqsirləndirilən şəxsin borcunu ödəməməklə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli və qəsdən icra etməməsi, zərərçəkmiş şəxsə qeyd olunan məbləğdə maddi ziyan vuraraq ədalət mühakiməsinin mənafeyinə xələl gətirməsi qərarına gəlib.

Məhkəmənin 24 aprel tarixli hökmü ilə ona 1 il həbs cəzası verilib və məhkəmə zalında həbs edilib.



Xəbərin oxunma sayı : 988




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap