“Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

Azadlığa buraxılan sabiq baş həkimə ağır cəza istənildi - VİDEO

Tarix 01.05.24, 18:23

Font ölçüsü : - / +
bitmap-img6


Masallı Rayon Mərkəzi Xəstəxanasının 3 il əvvəl həbs edilən baş həkimi Cəlil Nəzərov və köməkçisi Təranə Əliyevanın cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror təqsirləndirilən şəxslərin verilmiş ittihamlarla təqsirli bilinmələrini, Cəlil Nəzərovun 12 il 6 ay, T.Əliyevanın isə 9 il azadlıqdan məhrum edilməsini, məhkəmə zalında həbsə alınmalarını tələb edib. İttihamçı C.Nəzərovun üzərinə həbs qoyulmuş əmlaklarının da dövlət nəfinə müsadirə edilməsini istəyib.

Müdafiə tərəfinə çıxışa hazırlaşmaları üçün vaxt verilib.

İşin bu günə qədər uzanmasına səbəb təqsirləndirilən 68 yaşlı sabiq baş həkim C.Nəzərovun ağır xəstəlikdən əziyyət çəkməsidir. Bu səbəbdən məhkəmə istintaqı dövründə o, həbsdən buraxılıb, barəsində alternativ qətimkan tədbiri seçilib. Nəzərovun məhkəmə proseslərinə əlil arabasında gəlib-getdiyi bildirilir.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb ediliblər. Həmin şəxslər təkrar külli miqdarda rüşvət almaqda ittiham olunurlar.

Cəlil Nəzərovdan sonra Masallının baş həkimi təyin edilmiş Eşqin Əliyev də rüşvət alma və dələduzluq cinayətlərinə görə həbs edilib. Bir müddət əvvəl 8 il 6 ay azadlıqdan məhrum edilib. /“Qafqazinfo”




Xəbərin oxunma sayı : 1030




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap