“Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

Türkiyədə iğtişaş törətmək istəyən 226 nəfər tutuldu - FOTO

Tarix 01.05.24, 22:52

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyədə “1 May” nümayişləri zamanı 30-a yaxın polis yaralanıb.

Bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Ali Yerlikaya “X” hesabında yazıb.

Nazirin sözlərinə görə, Əmək və Həmrəylik Günündə ölkənin 78 vilayətində 210 etiraz aksiyası keçirilib, nəticədə polis 226 nəfəri saxlayıb. Tutulanların əksəriyyəti (217 nəfər) əvvəllər səlahiyyətlilər tərəfindən qadağan edilmiş İstanbulun Taksim meydanına keçməyə çalışıb. Bundan başqa Tunceli, Kahramanmaraş və Aydında da həbslər həyata keçirilib.

“Bu hadisələr zamanı hüquq-mühafizə orqanlarının 28 əməkdaşı yüngül xəsarət alıb”, - nazir bildirib.

Türkiyə polisinin hesablamalarına görə, ölkə boyu “1 May” nümayişlərində 241 minə yaxın insan iştirak edib.

Xatırladaq ki, mayın 1-də Avropanın və dünyanın bir çox şəhərlərində etiraz aksiyaları keçirilib.

İspaniyada minlərlə nümayişçi iş həftəsinin qısaldılmasını tələb edib.

Parisdə nümayiş zamanı kustar üsulla hazırlanmış bomba partladılıb.

Ştutqartda polis nümayişçilərə qarşı dəyənək və bibər qazından istifadə edib.



Xəbərin oxunma sayı : 1213




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap