“Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

Ukrayna Krımdakı hərbi hava bazalarına hücum edib - ATACMS raketləri ilə

Tarix 30.04.24, 18:43

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya Müdafiə Nazirliyi hava hücumundan müdafiə sistemlərinin Krımda bir gündə altı ATACMS raketini vurduğunu açıqlayıb. 

Amma raketlərin hansı istiqamətdə vurulduğu barədə dəqiq informasiya verilməyib. Krımın qondarma Rusiya administrasiyasının rəhbəri Sergey Aksyonov isə teleqram kanalında vurulmuş ATACMS raketlərinin əraziyə səpələnmiş qalıqlarının fotosunu yayıb. Aksyonov qeyd edib ki, söhbət Simferopol vilayətinin Donskoye kəndinin yaxınlığından gedir.

ASTRA teleqram kanalı Fövqəladə Hallar Nazirliyindəki mənbələrə istinadən yazıv ki, Rusiya Cənub Hərbi Dairəsinin 4-cü Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Komandanlığının helikopter alayının yerləşdiyi Cankoy hərbi aerodromu atəşə tutulub. Nəticədə 5 hərbçi yaralanıb.

Bundan əlavə, jurnalistlərin məlumatına görə, aprelin 30-na keçən gecə Krımda üç hərbi hava hücumundan müdafiə bazası raketlərlə atəşə tutulub. Donskoye kəndində yerləşən hərbi hissənin ərazisində yanğın baş verib. Ölənlər var, lakin yaralıların dəqiq sayı məlum deyil.

Aprelin 24-də “Reuters” amerikalı rəsmiyə istinadən xəbər verib ki, ABŞ gizli şəkildə Ukraynanı uzaq mənzilli ATACMS raketləri ilə təchiz edib. ABŞ sonradan təsdiqləyib ki, aprel ayında Ukraynaya ATACMS uzaqmənzilli raketlər göndərib. Dövlət Departamentinin sözçüsü Vedant Patelin sözlərinə görə, ABŞ Prezidentin birbaşa göstərişi ilə Ukraynaya ATACMS uzaqmənzilli raketlər verib.



Xəbərin oxunma sayı : 937




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap