“Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

Ukraynanın NATO tərəfdaşlarına inamı silah tədarükündəki fasilələrə görə sarsılıb - Baş katib

Tarix 30.04.24, 23:25

Font ölçüsü : - / +
bitmap-img6


Silah tədarükündə yaranmış fasilələr Ukraynanın Qərb tərəfdaşlarına inamını sarsıdıb.

“Report” xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Kiyevə bir günlük səfərindən sonra “Reuters”ə açıqlamasında deyib.

O, NATO müttəfiqlərinin uğursuzluğuna misal olaraq Ukraynaya yeni Amerika yardım proqramının qəbulunun altı aydan çox gecikməsini və Avropanın artıq vəd edilmiş 1 milyon artilleriya mərmisini çatdırmamasını göstərib.

Stoltenberq qeyd edib ki, bu gecikmələr Ukraynadakı döyüş meydanına ciddi təsir edib və sonda Rusiya üstünlüyü əldə edib və Ukrayna Silahlı Qüvvələri müdafiəyə keçmək məcburiyyətində qalıb.

“Əlbəttə ki, söz verdiyimiz şeyi yerinə yetirməməyimiz etimadı sarsıdır”, – Stoltenberq deyib, lakin əlavə edib ki, Kiyev hələ də müttəfiqlərinə inanır.

Stoltenberqin sözlərinə görə, bu cür çatışmazlıqlar Kiyevə beynəlxalq hərbi yardımın koordinasiyasına yenidən baxmağın vaxtının yetişdiyini göstərir.

“Bizə proqnozlaşdırıla bilənliyi təmin etmək, daha çox hesabatlılığı və yükün bölüşdürülməsini təmin etmək məqsədilə dəstəyimiz üçün daha möhkəm, institusional çərçivəyə ehtiyacımız var”, – Baş katib bildirib.





Xəbərin oxunma sayı : 1039




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap