“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

10 kq qızılı ələ keçirib bataqlıqda gizləndilər -Şamaxıda ilginc oğurluq

Tarix 20.05.25, 17:38

Font ölçüsü : - / +
bitmap-img6


Şamaxıda 10 kiloqram qızılı talayıb bataqlıqda gizlənən şübhəlilər ifşa olunub.

AzFakt.com xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, naməlum şəxslər şəhər sakininə fiziki güc tətbiq edərək ona məxsus içərisində 10 kq-dan artıq qızıl-zinət əşyaları olan çantanı quldurluqla talayaraq hadisə yerindən yayınıblar.

Polisin keçirdiyi təxirəsalınmaz tədbirlərlə hadisənin 23 yaşlı Güloğlan Kərimov, 21 yaşlı Elcan Beydiyev və 18 yaşlı Qafur Baloğlanov tərəfindən törədildiyi müəyyən edilib. Onların hadisə zamanı istifadə etdikləri avtomobilə Hacıqabul rayonu ərazisində yerləşən polis postunda “saxla” işarəsi verilsə də, həmin şəxslər buna məhəl qoymayaraq hərəkətlərini davam etdiriblər.

Daha sonra “izi” itirmək məqsədilə avtomobili tərk edərək Şirvan şəhərində bataqlıq ərazidə gizlənən dəstə üzvlərinin yeri müəyyən olunaraq tutulublar.

Onların cinayət yolu ilə ələ keçirdikləri qızıl-zinət əşyaları tam həcmdə maddi sübut kimi aşkarlanaraq götürülüb və zərərçəkmişə qaytarılması təmin olunub.

Fakta görə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.





Xəbərin oxunma sayı : 907




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap