| |
|
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
15 İyun - sadəcə xilasın deyil, həm də dövlətimizin əbədi müstəqilliyinin, qüdrətinin və şanlı Zəfərinin başlanğıc nöqtəsidir
Tarix 14.06.26, 12:00 |
|
Tarixin elə həlledici məqamları olur ki, orada verilən bir qərar həm bütöv bir millətin taleyini dəyişir, həm də dövlətin varlığını uçurumun astanasından xilas edir. Bu şanlı tarixin ən parlaq səhifələrindən biri, şübhəsiz ki, 15 İyun – Milli Qurtuluş Günüdür. 1993-cü ilin məhz bu günündə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı Azərbaycanı parçalanmaqdan, daxili xaosdan və müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Bu gün biz təkcə tarixi bir qayıdışı deyil, həm də Zəfərə gedən yolun əbədi təməlinin qoyulmasını qeyd edirik.
Tarixi paralellər və faktlar göstərir ki, Azərbaycanın faciələri Ulu Öndər Heydər Əliyevin 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Mixail Qorbaçovun yeritdiyi ədalətsiz siyasi xəttə etiraz olaraq istefa verməsindən dərhal sonra başladı. Müdrik liderin dövlət rəhbərliyindən getməsindən iki həftə keçməmiş, erməni millətçiləri və onların sovet iqtidarındakı himayədarları Qarabağ məsələsini qaldırdılar. Əgər o illərdə Heydər Əliyev hakimiyyətdə olsaydı, erməni şovinistləri bu çirkin əməllərə əl atmağa əsla cürət etməzdilər.
1992-1993-cü illərdəki AXC-Müsavat iqtidarının səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin yoxluğu və kriminal düşüncəli şəxslərin vəzifələrə gətirilməsi ölkəni uçuruma sürüklədi. Siyasi hakimiyyət daxilindəki qruplaşmalar yalnız öz birincilikləri uğrunda mübarizə aparır, dövlət əmlakı talan edilir, ölkənin ehtiyat mənzil fondu belə mənimsənilirdi. Ali Baş Komandan olduğunu unudan prezident cəbhədəki durumdan bixəbər idi. Bu səriştəsizlik və xəyanət xalqı acınacaqlı duruma saldı, xarici dövlətlərlə münasibətləri korlayaraq Azərbaycanı təcrid vəziyyətinə saldı və nəticədə 1993-cü ilin aprelində Kəlbəcər işğal olundu. Ölkə daxilində baş qaldıran separatçılıq və qardaş qırğını fonunda yeganə ümid yeri xalqın dahi oğlu Heydər Əliyev idi. Sonda öz hərbi birləşmələrindən qorxub gizlənən və çarəsiz qalan ovaxtkı iqtidar da məhz Ulu Öndərdən imdad istəməyə məcbur oldu.
1993-cü il iyunun 9-da Ulu Öndər xalqın və dövlətin təkidli dəvətini qəbul edərək Bakıya gəldi. Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda, o, öz həyatını təhlükəyə ataraq dərhal Gəncəyə yollandı və orada baş qaldırmış hərbi qiyamın qarşısını aldı. 15 İyun 1993-cü ildə Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi, iyunun 24-də isə Prezident səlahiyyətləri ona həvalə olundu. Bu qayıdış ölkədə sabitliyin bərqərar olmasının ilk addımı idi.
1992-ci ilin noyabrında Naxçıvanda Ulu Öndərin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının (YAP) yaradılması ölkədə müasir və sağlam siyasi sistemin əsasını qoydu. Qısa müddətdə xalqın rəğbətini qazanan Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsinə çevrildi.
Heydər Əliyev hər zaman xalqına verdiyi andına sadiq qaldı. Onun dərin biliyi, qətiyyəti, mahir diplomatik istedadı və uzaqgörənliyi sayəsində 1993-2003-cü illər ərzində bugünkü qüdrətli Azərbaycanın möhkəm bünövrəsi atıldı. Bu gün fəxrlə deyə bilərik ki, müasir Azərbaycan məhz Ulu Öndərin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuş dövlətdir. Onun başladığı ordu quruculuğu strategiyasının nəticəsidir ki, bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır.
Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu, ən ali məqsədi Azərbaycanı bütöv görmək, işğal altındakı torpaqlarımızı, doğma Şuşanı azad etmək idi. O, məcburi köçkünlərlə hər görüşündə böyük inamla deyirdi: “Biz heç vaxt Laçınsız, Şuşasız, Kəlbəcərsiz, Ağdamsız yaşaya bilmərik. İnanın ki, gedəcəyik”.
Bu gün Ümummilli Liderin ruhu şaddır. Onun siyasi kursunu misilsiz uğurla davam etdirən və zənginləşdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ata vəsiyyətini şərəflə yerinə yetirdi. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər və antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpası məhz Heydər Əliyev dühasının və onun siyasi irsinin məntiqi nəticəsidir.
Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə bu gün üçrəngli bayrağımız Şuşada, Laçında, Xankəndidə, Ağdamda və digər azad edilmiş torpaqlarımızda əzəmətlə dalğalanır. Azad Qarabağda və Şərqi Zəngəzurda alovlandırılan Novruz tonqalları, reallaşan “Böyük Qayıdış” proqramı Milli Qurtuluş Gününün rəmzi mənasıdır.
Beləliklə, 15 İyun – sadəcə xilasın deyil, həm də dövlətimizin əbədi müstəqilliyinin, qüdrətinin və şanlı Zəfərinin başlanğıc nöqtəsidir. Xalqımız öz xilaskarının xatirəsini hər zaman uca tutur və onun müəyyən etdiyi parlaq yolla gələcəyə doğru inamla addımlayır.
Nadir Quliyev
Xəbərin oxunma sayı : 613
Sosial
Xəbərlər
-
Milli Məclisdən mühüm qərar: Bu şəxslərə vergi güzəşti
-
Sabahın hava proqnozu açıqlandı - Çox isti olacaq
-
600 mindən çox yeni iş yeri açılacaq... - İqtisadçıdan maraqlı proqnoz
-
“Məğlub ola bilərsən, amma gərək heç vaxt əyilməyəsən...“ - Prezident
-
Yarım milyonluq mənimsəmə işi - Nazirliyin sabiq idarə rəisi məhkəmədə həbs edildi
-
Pirverdiyev “sağ əlini“ niyə həbs etdirib? - “Qəzəbinin səbəbini anlamıram...”
-
Bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın - DİN-dən çağırış
-
Nizami rayonunda qanunları kim ayaqlar altına atır? - VİDEO
-
Zeynəb tarixə düşdü - Son 20 ilin ən yüksək nəticəsi
-
“Azərbaycan-Rusiya münasibətləri tam normallaşıb” - Prezident
-
Selin fəsadlar törətdiyi Zaqatalada vəziyyət necədir? - FOTO
-
“Dünyada başqa iki elə dövlət tanımırıq ki...“ - Prezident + VİDEO
-
ABŞ İranın ən azı 13 şəhərinə zərbələr endirib - “NourNews”
-
Sənəd qəbulu başladı - Tələbələrin diqqətinə!
-
Məşhur senatorun qəfil ölümü - Bir neçə saat əvvəl Trampla danışıb
-
“Avropa Şurasından tam çıxmağı nəzərdən keçiririk” - İlham Əliyev
-
Geosiyasi gərginliyin daha bir təsiri:Balıq bazarında bahalaşma gözlənilir?
-
Şəxsi taksi hesablarını satanlara xəbərdarlıq - VİDEO
-
İlham Əliyevin iştirakı ilə IV Şuşa Qlobal Media Forumu başlayıb - CANLI
-
Aİ Çindən asılılığı azaltmaq üçün “alət“ hazırlayır - “Bloomberg“
-
“Vaqner“ Mərkəzi Afrikada narkoimperiya qurub - Priqojinin oğlu rəhbərlik edir
-
Mövsümi meyvə-tərəvəz hələ də baha olaraq qalır - VİDEO
-
Bağçalara qəbul prosesi davam edir: Bu il hansı dəyişikliklər tətbiq olunur?
-
“Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir“ - Prezident
-
Fransada ən yüksək təhlükə səviyyəsi elan edilib - İstilərlə əlaqədar
-
Sumqaytda 2019-cu ildən tikilən bina bu günədək istifadəyə verilməyib - VİDEO
-
“Artıq köçkün həyatı keçmişdə qaldı“ - İlham Əliyev
-
İran nüvə obyektlərində bərpa işlərinə başlayıb - CNN
-
Sakinlər qorxu içində: “Təhlükəli vəziyyət yaranıb“ (VİDEO)
-
Dünya çempionatlarında ən çox qol vuran futbolçular: 15 ən yaxşı bombardir - FOTO
-
Azərbaycanda niyə 3 manatlıq yoxdur? - RƏSMİ CAVAB
-
İlham Əliyev “Xankəndi” hotelinin açılışında - FOTOLAR
-
Bulvarda batan kişi xilas edildi - Anbaan video
-
Slovakiya Prezidenti Azərbaycana gəlir - Tarix açıqlandı
-
“Apple” “OpenAI”ni məhkəməyə verdi - Korporativ sirləri oğurlayıbmış
-
Prezident Xocavəndin Quzeyxırman kəndində oldu - FOTOLAR
-
“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO
-
“ABŞ mövqeyini dəyişməyənə qədər İran danışıqlara qayıtmayacaq” - “Fars”
-
Ermənistanın Rusiya ilə dövriyyəsi kəskin azalıb - Moskvadan uzaqlaşama davam edir
-
Növbəti üç gündə güclü külək əsəcək - Xəbərdarlıq
-
Avtomobillə su hovuzuna düşdü - Boğulub öldü
-
Prezident “Yasəmən” hotelin yeni korpuslarını gəzdi - FOTOLAR
-
“Başımı aldadıb, olmayan mərtəbədən ev satıblar” - VİDEO
-
Xəzərin potensialı böyükdür, bəs niyə tam istifadə olunmur? - ARAŞDIRMA
-
NATO sammitində liderlərə spirtli içki verilib? - Varankdan açıqlama
-
Prezident “Sadıqcanın evi”ndə - FOTOLAR
-
Sürücülərin nəzərinə! - 3 küçə müvəqqəti bağlanır
-
Tayvanda dəhşətli “Bavi“ qasırğası: məktəblər bağlandı, onlarla yaralı var
-
Prezident Kiçik Qaladərəsində sakinlərlə görüşdü - FOTOLAR
-
Milli valyutada uzunmüddətli kreditlər: ilk 5 iqtisadi rayon
-
Gəncə səmasından İspaniya savaşına: Unudulmuş aviatorlar
-
Rusiya gəmilərin hərəkətini tamamilə dayandırdı: 2 dənizdə fövqəladə vəziyyət
-
“MoveShort“ piramidasının ifşası - Yeni həbslər olacaq
-
Almaniya 4 böyük döyüş gəmisi alır: Nə qədər xərclənəcək?
-
Bazar günü kəskin isti olacaq -Sabahın havası
-
İcra başçısı köməkçisini işdən çıxardı, yeni vəzifə verdi - FOTO
-
Fatiməni öldürən qohumu Batumi aeroportunda saxlanıldı - VİDEO
-
Balkanlarda törədilən qətlin istintaqı Azərbaycana uzandı - DNT tədqiqatı
-
Skuter sürənləri bu cərimələr gözləyir - 4000 manatadək
-
“WhatsApp” sizə bildiriş göndərəcək - Doğum günlərini unutmayacaqsınız
-
Prezident “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
-
“Çoban Bulaq“ mübahisəsi qızışır - 11 il susan Balaqadaşov Şıxəliyevin əmlakını xilas edir?
-
Arıqlamaq üçün ən faydalı iki bitki: Düyü və qarabaşağın fərqi nədir?
-
İstanbulda Azərbaycan vətəndaşına qarşı dələduzluq: Cinayət şəbəkəsi çökdürüldü
-
DÇ-2026-da 1/4 finala yekun vurulacaq: Norveç İngiltərəyə, Argentina isə İsveçrəyə qarşı
-
Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO
-
“Mənə bir şey olsa, İrana görünməmiş zərbə endiriləcək” - Tramp
-
Bakıda şəhərin mərkəzində niyə dəmir konstruksiyalar quraşdırılıb? - VİDEO
-
Vətəndaşlar piramida təhlükəsini hansı əlamətlərdən tanımalıdırlar? - VİDEO
-
“İran danışıqları davam etdirməyi xahiş edir” - Tramp
-
Ermənistan vətəndaşlarının apellyasiya məhkəməsindən - Fotolar
-
Bakı-Naxçıvan reysləri buna görə ləğv edilirmiş - RƏSMİ
-
Füzuli və Qəbələdə qum-çınqıl yataqları hərraca çıxarılır - QİYMƏT
-
ABŞ İranla hərbi toqquşmaların yeni fazasında İsrailin iştirakına qarşıdır - CNN
-
Bakıda gündəm olan sürücü: sərnişinləri qoyub siqaret çəkdi + VİDEO
-
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb - 22 məsələ müzakirə olunacaq
-
Azərbaycanlı “qanuni oğru“ Vaqif Süleymanovla bağlı YENİ İDDİA
-
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
-
Hava kəskin dəyişir: Güclü yağış, dolu və sel təhlükəsi gözlənilir
-
Türkiyədə yediyi yeməyin dadı damağında qaldı: Tramp Ağ ev üçün resept istədi
-
Borca görə hicablı qadının hicabsız fotosu yayıldı - İDDİA
-
“Nüvə silahından söhbət gedə bilməz” - Çin Rusiyaya hansı xəbərdarlığı edib?
-
Azərbaycanın Fransadakı səfiri: Bu yayımlar sülh prosesinə zərbə vurur
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Minlərlə tələbəni maraqlandıran xəbər: Xaricə getmədən oxuyanları nə gözləyir?
-
Kamran Əliyev Balakəndə qəbul keçirdi - FOTOLAR
-
Ən çox şikayət olunan sığorta şirkətləri açıqlanıb - SİYAHI
-
Trampın təyyarəsi ilə bağlı maraqlı iddia - Bu səbəbdən...
-
İcbari tibbi sığorta şəhadətnaməsi elektron formata keçirilir
-
Qazaxın yollarına 639 min manat xərclənəcək - “Azərtranss“ yenə qalib oldu
-
Azərbaycanda qulaqdibi xəstəliyi ilə bağlı vəziyyət necədir? - RƏSMİ
-
Moped sürənlərin nəzərinə: Yeni rüsum müəyyənləşir
-
Quba-Xınalıq avtomobil yolunda torpaq sürüşməsi - Xüsusi texnika əraziyə göndərildi
-
Simonyanın torbasını tikənlər - Aralarında müavini də var
-
Azərbaycana kəskin istilər qayıdır - PROQNOZ
-
Zakir İbrahimov və komandası “AzerGold“dan nə qədər qazanır? – RƏQƏMLƏR
-
Məşhurlar instaqramda bunları paylaşdılar - FOTOLAR
-
Bu rayonların bəzi ərazilərində qaz olmayacaq - “Azəriqaz“ məlumat yaydı
-
Hərbçilərlə telefon söhbəti zamanı bu mövzularda danışmayın! - Nazirlikdən xəbərdarlıq (VİDEO)
-
Azərbaycan öz sözünü dedi, İsrail nəzərə aldı - Bakı Ankaranın mövqeyini necə müdafiə etdi?
-
“QHT işi“ndə hökm: Nərgiz Muxtarovaya şərti cəza verildi
-
Sumqayıtda lifti və qaz xətti olmayan bina - VİDEO
-
Zaqatalada sel yolları dağıdıb, kəndlərlə əlaqə kəsilib - VİDEO
-
“Qarabağ“ Avropa Liqasına darmadağınla başladı - VİDEO
-
Paytaxtın bu yollarında təmir gedir - SİYAHI
-
Ərdoğanın hədiyyə etdiyi silahı aeroportda polisə təhvil verdi - Fotolar
-
Mingəçevirdə 198 min litr pivəni qeydiyyatsız istehsal ediblər - Fotolar
-
Peskovdan sərt reaksiya: NATO Rusiyanı əsas düşmən elan edib
-
Baş nazir qərarları təsdiqlədi: qaz istehlakçıları və binalarla bağlı yeni qaydalar
-
Apteklərdə qiymət etiketləri yoxa çıxıb - SƏBƏB
-
İş adamının oğlu keçmiş xanımının pulunu vermədi - Ölkədən çıxışına “stop“ qoyuldu
-
Çaya sel gəldi, 5 nəfər təhlükə ilə üz-üzə qaldı - VİDEO
-
Sabiq nazirin müsadirə olunan evlərini alan yoxdur - 50% endirimlə 5-ci dəfə hərraca çıxır
-
Rusiyada çalışmaq istəyənlərin nəzərinə: İş icazəsi üçün yeni şərtlər qoyulur
-
6 ayda 104 kriminal qrup zərərsizləşdirilib - Polis hesabat verdi
-
Məktəbli forması almağa hazırlaşan valideynlərin nəzərinə - VİDEO
-
Nazir şöbə müdirini vəzifədən azad etdi - FOTO
-
Beyləqanda Əsəd Cahangirlə görüş keçirildi - FOTOLAR
-
Azərbaycanın iqtisadi rayonları üzrə bankomat və POS terminallarının sayı - CƏDVƏL
-
FHN “Sədərək“ MMC-yə məxsus restoranda pozuntu aşkarladı - Cərimə olundu
TOP 10
ARXİV






