“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

16 zərbə vurdu, sonda bıçağı kürəyinə sancdı - Aygün möcüzə sayəsində sağ qaldı...

Tarix 31.07.25, 15:40

Font ölçüsü : - / +
bitmap-img6


Zərdabda keçmiş arvadına 16 bıçaq zərbəsi vuran şəxs həbs edilib. İstintaq zamanı məlum olub ki, hadisə zamanı azyaşlı uşaqları da orada olub. Təqsirləndirilən şəxs sonuncu zərbədə bıçağı keçmiş arvadının kürəyin sancıb. Uşaqları da götürərək oradan uzaqlaşıb.

Musavat.com xəbər verir ki, dəhşətli cinayəti törədən şəxs 38 yaşlı Yusif Əliyevdir. O, xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhddə ittiham olunaraq həbs edilib.

Yusif Əliyev arvadı Aygündən boşandıqdan sonra aralarında tez-tez mübahisə yaşanırmış. Sonuncu dəfə Yusif uşaqlarını ona göstərmək istəməyən Aygündən qisas alamağı planlaşdırıb. Yusifin sözlərinə görə, aliment ödəsə də Aygün uşaqları ona göstərmək istəməyib. Sonuncu dəfə polis vasitəsi ilə uşaqlarını gördüyünü deyən Yusif bildirib ki, bıçaq almaqda məqsədi Aygünü qorxutmaq olub.

Aygün boşandıqdan sorna qardaşının evində yaşayırmış. Hadisə günü Yusif ovçu dükanından bıçaq alaraq Aygünün yaşadığı evə gedib. Qonşuluqdakı evin hasarından düşərək evə daxil olub. Aygünün yanında iki azyaşlı uşaqları və qohumları olub. Yusif onların gözü qarşısında Aygünə 16 bıçaq zərbəsi vurub. Sonuncu zərbədə bıçağı Aygünün kürəyinə sancıb. Aygünün öldüyünü düşünən Yusif uşaqları da götürərək evdən çıxıb.

Xəstəxanaya çatdırılan Aygünün həyatını xilas etmək mümkün olub.

Aygün ifadəsində deyib ki, uşaqları Yusifə yalvarıb: “Uşaqlar yalvarırdı ki, anamızı öldürmə. Amma Yusif buna məhəl qoymurdu. Mənim öldüyümü düşünüb getdi”.

Yusif isə deyir ki, hadisə zamanı uşaqlar orada olmayıb. Aygünə 16 bıçaq zərbəsi vuran Yusif söyləyir ki, məqsədi keçmiş arvadını qorxutmaq olub.

Məhkəmə iclasında Aygünün uşaqları və evdə ola digər qohumları da dindirilib. Onlar ifadələrində bildirib ki, Yusif qonşu evin hasarından həyətə daxil olaraq Aygünü bıçaqlayıb. Onlar hadisənin hər kəsin gözü qarşısında törədildiyini deyiblər.

Məhkəmənin hökmü ilə Yusif 11 il 6 ay müddətinə azadlıqdan məhrum edlib.



Xəbərin oxunma sayı : 952




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap