Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 26 Mart 2024

    “Xoşbəxtəm ki, boşandıq” - Dilarədən etiraf

1 iyundan əmlakını sığortalamayanlar cərimə olunacaq? – Vacib açıqlama

Tarix 30.05.23, 20:37

Font ölçüsü : - / +
bitmap-img6


“Kupça”sı olmayanlar da icbari sığortaya cəlb olunacaqmı?

Artıq bir müddətdir ki, sosial şəbəkələrdə iyunun 1-dən etibarən daşınmaz əmlakını sığortalamayanların cərimə olunacağı ilə bağlı iddialar yayılır. Bununla bağlı vətəndaşlara sığorta şirkətlərindən xəbərdarlıq məktubları göndərilir. Maraqlıdır ki, xəbərdarlıq təkcə çıxarışlı mənzillərə deyil, həm də sənədsiz evlərə də göndərilir.

Mənzillərin icbari sığortası ilə bağlı məbləğ isə regionlara görə müəyyən olunduğu bildirilir. Belə ki, Bakı şəhərində yerləşən yaşayış obyektinin icbari əmlak sığortası 50 manat, Gəncə, Sumqayıt və Naxçıvanda 40 manat, digər rayonlarda isə 30 manatdır. Sığorta təminatı yəni, hər hansı bədbəxt hadisə zamanı vətəndaşa ödəniləcək sığorta məbləği Gəncə, Sumqayıt və Naxçıvanda 20 min manata qədər, Bakıda və digər şəhərlərdə yerləşən yaşayış obyektlərində isə 25 min manatdır.

Xatırladaq ki, İcbari sığorta haqqında 2011-ci il 24 iyun tarixli 165-IVQ nömrəli Qanununun 35.2. maddəsinə əsasən hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlak dedikdə, qarajlar, mağazalar, evlər, mənzillər, obyektlər nəzərdə tutulur. Sənədi olmayan yaşayış evlərində isə sığorta məcburi deyil.

Sənədsiz evlərə görə də icbari sığorta ödəniləcək? Bəs cərimə ödənişləri ilə bağlı proses necə aparılacaq?

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bu və digər məsələlərlə bağlı Musavat.com-a danışıb:

41815515-c538-4f75-80b3-6329b86434d2.jpg (151 KB)

“Ümumiyyətlə, bütün inkişaf etmiş ölkələrdə bu sığortalar məcburidir. Avtomobillərin sığortalanması zamanı da məcburiyyət tətbiq olunur. Amma burada nə baş verir, əvvəllər hər hansı avtomobil qəzası baş verdikdə sığortası olmayan avtomobil sahibləri bir-birilərini məhkəmə verir, məhkəmə çəkişmələri olurdu. Lakin artıq sığorta tətbiq edildikdən sonra bu yalnız qəza hadisəsidirsə, dəyən zərər qiymətləndirilir və sığorta şirkətləri tərəfindən qarşılanır.

Bakı şəhərinə görə mənzilin icbari sığortası illik cəmi 50 manatdır. Yəni, vətəndaş ildə bir dəfə 50 manat ödəməklə baş verə biləcək hər hansı bir bədbəxt hadisə zamanı sığorta şirkətindən 25 min manata qədər təzminat ala bilər. Bu baxımdan, düşünürəm ki, əmlakın sığortalanması vətəndaşların özləri üçün vacibdir.

Məlum olduğu kimi Bakı şəhərində olan mənzillərin əksəriyyəti kirayəyə verilir. Daha çox sığorta hadisələri həmin kirayələrdə baş verir. Məsələn, su açıq qoyulur, qısaqapanma baş verir və sairə. Bu cür hallarda nəyin şahidi oluruq? Evdə kirayə qalan ilə ev sahibi arasında davalar, məhkəmə çəkişmələri baş verir. Amma sığorta olarsa təbibi ki istənilən halda dəymiş zərər sığorta tərəfindən qarşılanar.

Bu baxımdan mənim şəxsi fikrimdir ki, sığortalanmaq daha yaxşıdır. Şəxsən mən hər il evimi sığortalayıram. Yaxşı olardı ki, sənədsiz evlərin də icbari sığortalanması ilə bağlı qərar qəbul edilsin”.

Ekspert cərimələrlə bağlı iddialara isə bu cür cavab verdi:

“Mən də digərləri kimi cərimələr ilə bağlı xəbərlərdən, sosial şəbəkələrdən oxumuşam. Bu məsələnin nə dərəcədə dəqiq olduğu, prosesin necə aparılacağı haqda məlumatsızam”.

41815515-c538-4f75-80b3-6329b86434d2.jpg (151 KB)





Xəbərin oxunma sayı : 472




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap