Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

2023-cü ildə laçınlılar Laçına qayıdır

Tarix 29.03.23, 11:51

Font ölçüsü : - / +
bitmap-img6


"İşğaldan azad olunmuş ərazilərimizdə yeni həyat başlayıb. Tarixi Zəfərimizdən dərhal sonra dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu  torpaqlarımıza davamlı səfərləri tarixi hadisə kimi dəyərləndirilərək Böyük Qayıdışın tam şəkildə yaxınlaşmasından xəbər verir.

Dövlət başçısı İlham Əliyev 31 dekabr 2022-ci il tarixli Dünya azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bu çağırışı etmişdir ki, avqustun 26-da - nəzərdə tutulmuş vaxtdan xeyli əvvəl Laçın şəhərini də azad etdik və eyni zamanda, Laçın rayonunun Zabux və Sus kəndlərinə də qayıtdıq. Bu da böyük nailiyyətdir. Artıq Laçın şəhərində çox genişmiqyaslı quruculuq-bərpa işləri aparılır: "Əminəm ki, 2023-cü ildə laçınlıları Laçına qaytaracağıq, ilk keçmiş köçkünlər öz doğma torpağına qayıdacaqlar."
 
Ötən ilin hədəfi "ağıllı kənd" layihəsi çərçivəsində ilk bərpa olunan Ağalı kəndində həyata keçirilən işlərin başa çatdırılması və sakinlərin dogma yurd-yuvalarına qayıtması idi. Bu hədəfə lazımı vaxtda və yüksək səviyyədə nail olundu. İşğaldan azad edilmiş ərazilərimizdə görülən işlərlə bağlı növbəti hədəf isə Şərqi Zəngəzurun hava qapısının dünyaya açılması idi. Beləliklə ötən il Zəngilan Beynəlxalq Hava Limanı tkilib istifadəyə verildi. Göründüyü kimi, Azərbaycanın daxili imkanları hesabına aparılan bərpa-quruculuq işləri davamlıdır, hədəflərə yüksək səviyyədə nail olunur. Bu ilin hədəfi laçınlıların Laçına qayıtmasıdır.  Azərbaycan xalqı qurucu xalq, bu torpaqların sahibi olduğunu bir daha dünyaya nümayiş etdirir."

Dövlət başçısı cənab İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən işğaldan azad edilən ərazilərimizdə tətbiq olunan yeni idarəetmə üsulunun nəticələrindən bəhs edərək belə bir əminliyi ifadə etdi ki, bu, təkcə azad edilmiş ərazilərin yox, bütövlükdə ölkəmizin hərtərəfli inkişafına böyük töhfə verəcəkdir.

Laçın rayonunda tarixi Zəfərimizdən bu günədək görülən işlərin xronologiyasına diqqət yetirmək kifayətdir: "Laçın şəhərində işlər ötən ilin avqustin 26-dan sonra başlayıb. Ötən ilin sentyabrında dövlət başçısı İlham Əliyevin Laçın rayonuna səfəri Laçın şəhərində Azərbaycan Bayrağının ucaldılması ilə tarixə yazıldı. O da məlumdur ki, Laçın rayonu hərbi-siyasi yolla işğaldan azad edilib. Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli Bəyanata əsasən Laçın rayonu 1 dekabr tarixində boşaldıldı. Ondan sonra rayonun bərpa-quruculuq dövrü başlandı. Dövlət başçısı İlham Əliyev qısa dövrdə görülən genişmiqyaslı işlərdən geniş bəhs edərək bildirdi ki, birinci mərhələdə Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir və ya ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur. Çoxmərtəbəli səkkiz yaşayış binası yenidən qurulur, ya da ki, tamamilə əsaslı təmir olunur, 30-dan çox ictimai bina inşa edilir: "Mənim göstərişimlə bütün bu işləri biz bu ilin sonuna qədər başa çatdırmalıyıq, bu, sadəcə, birinci mərhələ olacaq. Bu evlərin sayı göstərir ki, minlərlə insan artıq bu ilin sonuna qədər Laçın şəhərində yaşayacaq və laçınlılar bu il öz doğma diyarına qayıdacaqlar.
      
Kənan Səmədov



Xəbərin oxunma sayı : 409




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap