Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

400 milyon insan Ukrayna buğdasına möhtacdır - Bəzi ölkələrdə qiymət 750 faiz qalxıb...

Tarix 20.06.22, 18:44

Font ölçüsü : - / +
bitmap-img6


“Heç kəs təsəvvür eləyə bilməz ki, Ukraynada milyonlarla ton buğda bloklanıb, dünyanın qalan hissəsi isə aclıqdan əziyyət çəkir. Bu, əsl hərbi cinayətdir”.

AzFakt.com "Azadlıq" radiosuna istinadən xəbər verir ki, bunu Avropa İttifaqının Xarici siyasət rəhbəri Jozep Borrel iyunun 20-də blokun xarici işlər nazirlərinin Luksemburqda keçirilə görüşündən öncə deyib.

Xatırladaq ki, bu görüşdə nazirlər Rusiya qüvvələrinin Qara dəniz limanlarını blokadaya alması nəticəsində Ukraynada ilişib qalmış milyonlarla ton buğdanı çıxarmağın yollarını müzakirə edəcəklər.

Hazırda Ukraynada anbarlarda 20 milyon tondan çox buğdanın qaldığı bildirilir.

“Associated Press” agentliyi Rusiya-Ukrayna müharibəsinin ərzaq böhranına səbəb olmasından yazır. Məsələ ondadır ki, Rusiya və Ukrayna birlikdə dünyada buğda və arpanın üçdə birinə yaxınını, günəbaxan yağının 70 faizini ixrac edir, böyük qarğıdalı təchizatçılarıdır. Rusiya həm də gübrə istehsalına görə dünyada öndə gedir.

Buğdanın Ukraynanın Qara dəniz limanlarından çıxarılması üçün təhlükəsiz dəhlizlərlə bağlı danışıqlar həftələrdir nəticəsiz qalıb.

“Bu, bir neçə ayın içində gerçəkləşməsə, dəhşət olacaq”, – Massaçuets Amherst Universitetində böhran idarəçiliyi üzrə təhsil alan Anna Naqurney deyir.

Onun sözlərinə görə, dünyada 400 milyon nəfər Ukraynadan ərzaq təchizatından asılıdır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesablamasına görə, bu il 41 ölkədə 181 milyonadək insan ərzaq böhranı, yaxud aclığın daha pis səviyyəsilə ilə üzləşə bilər.

Müharibə başlayandan Ukrayna yalnız 1.5 milyon- 2 milyon ton buğda ixrac edə bilib. Əvvəllər bu rəqəm 6 milyon tondan çox olurdu. Bunu da Qlauber deyir. O, həm də ABŞ Kənd Təsərrüfatı Departamentinin keçmiş baş iqtisadçısıdır.

Heç Rusiyanın da buğdası tam ixrac olunmur. Moskvanın arqumentinə görə, Qərbin bank və gəmiçilik sektorlarına sanksiyaları Rusiyadan ərzaq və gübrə ixracını qeyri-mümkün edib. Rusiya rəsmiləri buğdanın qlobal bazarlarına ixracından ötrü sanksiyaların qaldırılmasından israr edirlər.

Ancaq Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen və digər Qərb liderləri sanksiyaların ərzağa aid olmadığımı bildirirlər.

Ukrayna Rusiyanı kənd təsərrüfatı infrastrukturunu bombalamaqda, tarlaları yandırmaqda, buğdanı oğurlayaraq Suriyaya satmaqda suçlayır. Livan və Misirin bu buğdanı almaqdan imtina etdiyi bildirilir. ABŞ-ın “Maxar Technologies” şirkətinin mayın sonunda çəkdiyi fotolarda Rusiya bayrağı olan gəmilərin Krımda limanda buğda ilə doldurulduğu, bir neçə gün sonra Suriyaya çatdığı görünür.Rusiya bildirir ki, Ukrayna Qara dənizdə minaları təmizləyincə ixrac bərpa oluna bilər, gələn gəmilərdə isə silah olub-olmadığı yoxlanılacaq.

Qlauber indilik zərbənin ən yoxsullara dəydiyini deyir: “Bu humanitar böhrandır, bu, sual doğurmur. Üstəlik, aclıq, ərzaq böhranı yaşanan ölkələrdə siyasi sabitsizlik riski də var. Elə Ərəb baharının səbəblərindən biri də ərzaq böhranı idi. Misir kimi vəziyyət nisbətən pis olmayan ölkə ərzağın bahalanmasını kompensasiya edə bilər. Yəmən, yaxud Afrika Buynuzu kimi yoxsul ölkələrə isə həqiqətən də humanitar yardım lazımdır”.

Bəzi ölkələrdə buğdanın qiyməti 750 faiz qalxıb. Bu il dünyada 2.78 milyard ton buğda, düyü, digər taxıl məhsulları istehsal olunacağı gözlənir. Bu, ötənilki istehsaldan 16 milyon ton azdır.



Xəbərin oxunma sayı : 922




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap