Aygün Kazımova imicini dəyişdi - FOTO Röyadan açıq-saçıq paylaşım – FOTO “Səhvlərimə görə bu yerə çatmışam“ - Aygün Kazımova Röya 5 ilə hazırladığı mahnıya klip çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 15 İyun 2021

    Aygün Kazımova imicini dəyişdi - FOTO

  • / Maqazin / — 07 İyun 2021

    Röyadan açıq-saçıq paylaşım – FOTO

  • / Maqazin / — 13 May 2021

    “Səhvlərimə görə bu yerə çatmışam“ - Aygün Kazımova

  • / Maqazin / — 09 May 2021

    Röya 5 ilə hazırladığı mahnıya klip çəkdi - VİDEO

  • / Maqazin / — 01 May 2021

    “İndi evlərdə məclislər təşkil olunur“ - Xuraman Şuşalı

  • / Maqazin / — 24 Aprel 2021

    “Anarı hələ də sevirəm” - Röya ağladı

4 bankın bağlanmasından 1 il ötdü - Ləğvedicinin şübhəli fəaliyyəti...

Tarix 27.04.21, 10:35

Font ölçüsü : - / +
bitmap-img6


"Düz 1 il əvvəl 4 banka (Atabank, Amrahbank, AGBank, NBC Bank) müvəqqəti inzibatçı təyin olundu, bundan sonra 2 həftə ərzində isə onların lisenziyası ləğv olundu və onlar müflis elan olundu. Ötən il ərzində fiziki şəxslərin qorunan əmanətlərinin mütləq əksəriyyəti qaytarılıb, amma yenə də bəzi əmanətçilər sığortalı əmanətlərini tam ala bilməyiblər".

AzFakt.com xəbər verir ki, bu sözləri hüquqşünas Əkrəm Həsənov bildirib. Onun sözlərinə görə, ləğv olunma prosesində ən əsas problem banklarda pulu qalmış sahibkarlarda və hüquqi şəxsərdədir: 

"Onların pulu nəinki qaytarılmır, üstəlik qanunvericiliyin tələblərinə zidd olaraq onlara heç bir məlumat (rüblük maliyyə hesabatı, ləğv planı) da verilmir. Ləğv prosesi əvvəlki illərdə olduğu kimi qeyri-şəffaf və qanun pozuntuları ilə həyata keçirilir. Ləğvedicinin (Əmanətlərin Sığortalanması Fondu) fəaliyyətinə dair şübhələr artmaqdadır.
 

Əvvəlki illərlə müqayisədə mənfiləşmə isə ondan ibarətdir ki, bu banklarda heç kreditorlar komitəsi də yaradılmayıb. Xatırladıram ki, kreditorlar komitəsi müflis bankda pulu qalanların qurumudur. Həmin qurum ləğvediciyə nəzarət etməlidir ki, o, bankın olan-qalan əmlakının başına daş salmasın və onu kreditorlar arasında ədalətli şəkildə bölsün. Yəni: 1) heç bir kreditora qanunsuz ödəniş etməsin (heç kəsi "qabağa salmasın”); 2) bankın əmlakını qənaət rejimində idarə etsin ("otkat”lara, yersiz xərclərə yol verməsin); 3) bankın əmlakını açıq hərracda tezliklə dürüst satsın; 4) banka borcu olanlardan borcu dürüst tələb etsin; 5) pərdəarxası oyunlara getməsin, korrupsiyaya qurşanmasın və s. və i.a. Deməli, bu komitə yaradılmırsa, saf niyyətin olması, sözügedən pozuntuların olmaması böyük şübhə altındadır.

Bütün bunların nəticəsi isə ondan ibarətdir ki, ölkədə kreditor hüquqları qorunmur. Xüsusən də sahibkarların hüquqları. Deməli, əlverişli biznes mühiti yoxdur. Bəs onda investisiyaları necə cəlb edək, banklarımızın etibarlı olmasına sahibkarları necə inandıraq?

Ümid edirəm ki, ölkə başçısının bu istiqamət üzrə siyasətini sabotaj edənləri də tezliklə məlum nazirlərin, icra başçılarınının, həkimlərin və s. aqibəti gözləyir...

Bəs hazırda kreditorlar nə etsin? Birləşərək məhkəmələrə müraciət etsinlər, mübarizə aparsınlar. Bəziləri artıq edib..."



Xəbərin oxunma sayı : 883

loading...

İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda