Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

50 manatlıq pul nişanı dünyanın ən təhlükəsiz banknotu seçildi

Tarix 23.11.21, 18:34

Font ölçüsü : - / +
bitmap-img6


Noyabrın 17-18-də Beynəlxalq Holoqram İstehsalçıları Assosiasiyasının (IHMA) Böyük Britaniyada təşkil etdiyi beynəlxalq konfransda Azərbaycan Mərkəzi Bankının (AMB) tədavülə buraxdığı yeni 50 manatlıq pul nişanı "ilin mütərəqqi dizayna malik ən təhlükəsiz banknotu” nominasiyası üzrə qalib seçilərək xüsusi mükafata (Excellence Award 2021) layiq görülüb.

MediaBaku.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Məlumatda deyilir ki, pul nişanının üzərində tətbiq edilmiş "Rolling Star Lead” holoqramı və bu holoqramda ekskluziv olaraq banknotun dizayn mövzusuna ("Təhsil və gələcək”) uyğun yaradılmış 3D effektli elementlər pul nişanlarının saxtalaşdırılması riskinə qarşı ən təhlükəsiz mühafizə elementi seçilib.

Eyni zamanda, "Təhsil və gələcək” mövzusuna həsr olunmuş bu banknotun mövzusunun cəmiyyət üçün aktuallığı qeyd olunaraq onun üzərində əks olunan təsvirlərin (gələcəyə baxışı simvolizə edən – "Günəş”, inkişaf rəmzi olan – "Pillələr”, təhsilin önəmli kateqoriyaları olan "Təhsil ocağı”, "Şagird”, "Tələbə”) ən qabaqcıl mühafizə elementləri ilə sinxron şəkildə kombinasiyası, eləcə də rənglərin gözoxşayan dinamikası xüsusi vurğulanıb.

Hazırda yenilənmiş 50 manatlıq dövriyyədə olan eyni nominallı kağız pul nişanı ilə paralel olaraq tədavüldədir.



Xəbərin oxunma sayı : 457




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap