“Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

233 saylı məktəbdə bıçaqlanma - 7-ci sinif şagirdi yaralandı (VİDEO)

Tarix 12.05.26, 22:49

Font ölçüsü : - / +
bitmap-img6


Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 233 saylı məktəbdə qardaşını qorumağa çalışan 7-ci sinif şagirdi qız bıçaq xəsarəti alıb. İddialara görə, tənəffüs zamanı 5 "Q" sinifinin şagirdi olan oğlan məktəbin dəhlizində digər beşinci sinif şagirdinə bıçaqla hücum edib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə zamanı zərərçəkənin bacısı qardaşını qorumaq üçün onların arasına girib və bu zaman xəsarət alıb.

Xəsarət alan şagirdin dərsə əli sarıqlı qatıldığı bildirilir.

Övladı həmin məktəbdə təhsil alan valideynlər hadisə ilə bağlı narahatlıqlarını dilə gətiriblər.

Məktəbin müəlliməsi isə bu təhsil ocağında belə bir hadisənin olduğunu təkzib etməyə çalışıb.

Məsələ ilə bağlı DİN-in Mətbuat xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov bildirib ki, Qaradağ rayonu ərazisində azyaşlıya xəsarət yetirilməsi ilə bağlı polisə məlumat daxil olub. Əməli törətməkdə şübhəli bilinən 11 yaşlı şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib. Hər iki tərəf valideynləri ilə birgə polis şöbəsinə dəvət olunaraq, izahatları alınıb və onlarla profilaktik söhbət aparılıb. Xəsarətin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin edilib. Araşdırma davam etdirilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə qeyd edilib ki, 233 nömrəli tam orta ümumtəhsil məktəbində şagirdlər arasındakı münaqişə iddiası ilə bağlı araşdırma aparılır.




Xəbərin oxunma sayı : 2434




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap