Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“İŞİD-ə qarşı üz-üzə mübarizədə şəhid verən yeganə NATO üzvüyük“ - Ərdoğan + VİDEO

Tarix 14.06.21, 18:44

Font ölçüsü : - / +
bitmap-img6


“Türkiyə İraqdan Əfqanıstana, Qafqazdan Balkanlara, Qara dənizdən Aralıq dənizinə Afrikaya qədər bütün münaqişələrdə sabitliyin yaranmasına liderlik edir, fayda verir”.

AzFakt.com “TRTHaber”ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun zirvə toplantısına video-ismarışında bildirib.

“Türkiyə NATO başda olmaqla bütün beynəlxalq platformlarda terrora qarşı mübarizədə ilk sıralarda yer alır. PKK/PYD, İŞİD və FETÖ-ya qədər bir çox terror qruplaşmaları ilə sərhədlərimiz daxilində və xaricində çox ağır bir mübarizə aparırıq. İŞİD-ə qarşı üz-üzə mübarizə aparan və bu yolda gənc övladlarını şəhid verən NATO-nun yeganə müttəfiqiyik”, -Türkiyə prezidenti vuruğulayıb.

O, 4 minə yaxın İŞİD silahlısını zərərsizləşdirdiklərini qeyd edib:

“Türkiyə sərhədlərinin eyni zamanda NATO sərhədləri olduğu da unudulmamalıdır. Bu baxımdan sadəcə öz milli maraqlarımız üçün deyil, alyans coğrafiyasının təhlükəsizlik və sabitliyinin təmini üçün də əhəmiyyətli bir məsuliyyət daşıdığımızı da bilirik”.

Türkiyə prezidenti ismarışında daha sonra bildirib:“Hər cür terrora qarşı apardığımız mübarizədə təəssüf ki müttəfiq və ortaqlarımızdan gözlədiyimiz dəstəyi, həmrəyliyi görmədik”.

Rəcəb Tayyib Ərdoğan Türkiyənin NATO-dakı yeri, gücü və nüfuzundan da bəhs edib.

Ərdoğan qeyd edib ki, Türkiyə regionda və onun xaricində etibarlı bir müttəfiq qismində iştirak edir: “Dünyadakı problemlərin həllində təşəbbüs göstərərək konstruktiv və aktiv siyasət yürüdürük. İraqdan Əfqanıstana, Qafqazdan Balkan yarımadasına, Qara dənizdən Aralıq dənizinə qədər sabitlik yaratmaq üçün bütün təşəbbüslərə rəhbərlik edirik və töhfə veririk”.

Türkiyə lideri qonşularla münasibətlərdə beynəlxalq hüquqa, ədalətə, qarşılıqlı hüquqlara və mənafelərə hörmətlə yanaşdıqlarını vurğulayıb.







Xəbərin oxunma sayı : 382




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap