Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Mahal Rezidens” işçiləri pulsuz işlətdi, nazirlik işə qarışdı - Məhkəmədən müəmmalı qərar

Tarix 07.02.23, 23:39

Font ölçüsü : - / +
bitmap-img6


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti "Mahal Rezidens” MTK-ya qarşı protokol tərtib edib.

Qaynarinfo-nun məlumatına görə, nazirlik tərəfindən şirkət barəsində əmək qanunvericiliyinin pozulmasına görə 192.1 maddəsi ilə protokol tərtib olunub.  

Maddədə göstərilir ki, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

Qeyd edək ki, xeyli sayda işçi nazirliyə şikayət edərək bildirib ki, 2022-ci ilin müxtəlif vaxtlarında "Mahal Rezidens”də çalışıblar, onların iş yeri şirkətin Sumqayıtda yerləşən deposu olub, orada qumlama və boya işini görüblər. Onlara əmək haqqı kimi gündəlik hər nəfərə görə 30 manat müəyyən edilib, lakin yekun əmək haqqları verilməyib, əmək müqaviləsi bağlamayıblar. Onları işə cəlb edən Qoşqar adlı şəxs olub. 

Nazirliyin müraciətlər üzrə apardığı araşdırma nəticəsində qeyd olunan faktlar öz təsdiqini tapıb və buna görə də MTK barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib edilib. Nazirlik məhkəmədən şirkətin məsuliyyətə cəlb edilməsini xahiş edib.

Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan MTK-nın nümayəndəsi izahatında göstərib ki, tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyillər. Həmin işçilər "Mahal Rezidens”də çalışdıqlarını göstəriblər, lakin MTK-nın Sumqayıtda yerləşən deposu olmayıb. Ümumiyyətlə "Mahal Rezidens”lə Qoşqarın heç bir əlaqəsi yoxdur. Bu şəxslərlə MTK arasında hər hansı əmək münasibətləri yaranmayıb, onların MTK ilə heç bir əlaqəsi yoxdur. 

İşə Nəsimi rayon Məhkəməsinin hakimi Babək Pənahovun sədrliyi ilə baxılaraq, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə başlanılmış iş üzrə icraata xitam verilib.
 



Xəbərin oxunma sayı : 604




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap