Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Şərqi Zəngəzur qızıla olan tələbatın ödənilməsində xüsusi paya malik olacaq” - DEPUTAT

Tarix 05.06.22, 22:59

Font ölçüsü : - / +
bitmap-img6


Vüqar Bayramov: “Qızıl istehsalının bərpa edilməsi və genişləndirilməsi Azərbaycanda yeni emal sənayesinin formalaşmasına imkan verəcək”

“Zəngilan rayonunun Vejnəli qızıl yatağında ilkin kəşfiyyat və qiymətləndirmə işlərinə başlanılıb. Bu mərhələnin növbəti 6 ayda tamamlanması gözlənilir. Daha sonra, Vejnəli qızıl yatağında hasilata başlamaq mümkün olacaq. Vejnəli ehtiyatının həcminə görə seçilən yataqlardandır. Bu yataq həm də mis və digər təbii ehtiyatların istehsalına imkan verəcək”. 

AzFakt.com xəbər verir ki, bu sözləri iqtisadçı-deputat Vüqar Bayramov deyib.

Millət vəkili bildirib ki, Azərbaycan ərazilərinin bir hissəsinin uzun müddət işğal altında qalması təbii resurslarımızın, o cümlədən qızıl ehtiyatlarımızın Ermənistan siyasi rəhbərliyi tərəfindən istifadə edilməsinə səbəb olub: “Vejnəli qızıl yatağında qızıl ehtiyatlarının həcmi 6,5 tondur. Bu qiymətləndirmə işğaldan əvvəl, yəni keçmiş SSRİ dövründə aparılıb. Müasir texnologiya ilə həmin yataqlardan daha çox qızıl hasil edilməsi mümkündür. Lakin 27 illik işğal müddəti yataqların işğalçı ölkə tərəfindən istismar olunmasına, eləcə də erməni əsilli iş adamları tərəfindən bu təbii sərvətlərin mənimsənilməsinə gətirib çıxarıb”.

“Şərqi Zəngəzur iqtisadi rayonunda qızıl istehsalının bərpa edilməsi və genişləndirilməsi Azərbaycanda yeni emal sənayesinin formalaşmasına imkan verəcək. Çünki həmin yataqda hasil ediləcək qızılın bir qismi emal olunacaq və daxili bazara çıxarılacaq. Bu, həm də valyuta ehtiyatlarımızın artmasına təsir göstərəcək. Bazara yerli istehsal qızıl məmulatlarının çıxarılacağı gözlənilir. Bu, yaxın zamanlarda reallaşacaq. Bu baxımdan, Şərqi Zəngəzur iqtisadi rayonu Azərbaycandan qızıla olan tələbatının ödənilməsində xüsusi paya malik olacaq”, - deyə V.bayramov əlavə edib.

Deputat qeyd edib ki, Zəngilan rayonu ərazisində yerləşən və tərkibində qızıl olan bu yataq kvars-qızıl-sulfid tərkibli geoloji-sənaye tipli quyulara aiddir: “Yataqda 25 qızıl tərkibli kvars quyusu zonası tədqiq edilib, 14, 15, 16, 19, 21 və 24 zonaları üçün C + C2 kateqoriyaları üzrə ehtiyatlar hesablanıb. Veynəli yatağı 1959-1962-ci illərdə kəşf edilib, geoloji kəşfiyyat işləri 1962-1971, 1976-1981 və 1983-1984-cü illərdə həyata keçirilib.  Yataq 1984-cü ildə Resurslar üzrə Komissiya tərəfindən qeydiyyata alınıb və Azərbaycan Respublikasının Dövlət mineral resurslar balansına daxil edilib. Təsdiq edilmiş ehtiyatlar: C1 kateqoriyasına aid filizlər – 183 000 ton, qızıl 2 169 ton, C2 kateqoriyasına aid filiz – 433 min ton, qızıl 4 347 ton. C1 kateqoriyasına aid gümüş – 0,19 ton; C2 kateqoriyasına aid gümüş – 9,9 ton. C1 kateqoriyasına aid mis – 9,2 min ton, C2 kateqoriyasına aid mis – 2800 ton”.



Xəbərin oxunma sayı : 1207




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap