Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Sosial / — 03 İyun 2026

    Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

“İranda beynəlxalq internet bərpa olunacaq“ - SEPAH

Tarix 13.05.26, 21:47

Font ölçüsü : - / +
bitmap-img6


İranın Prezident ofisindən bildirilib ki, ölkədə beynəlxalq internet bərpa olunacaq.

"Report" xəbər verir ki, bu barədə məlumat Prezident ofisinə istinadən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Telegram" kanalında yayılıb.

"Məhdudiyyətlər müharibə dövrünün təhlükəsizlik mülahizələri ilə bağlıdır", - məlumatda bildirilib və əlavə olunub ki, hökumət beynəlxalq internet məhdudiyyətlərini daimi etmək niyyətində deyil.

Qeyd edilib ki, tətbiq edilən məhdudiyyətlər texniki, təhlükəsizlik və hərbi təhlükəsizliklə şərtlənir: "Bir çox ictimai xidmətlər kimi, internetə çıxış vətəndaşların təbii hüququdur və hökumət əhalini bundan məhrum etmək niyyətində deyil, lakin xüsusi və fövqəladə şəraitdə ölkənin təhlükəsizlik məsələsi bir çox digər sahələrdən prioritet təşkil edir".

Qeyd edək ki, Beynəlxalq internet monitorinq xidmətlərinin (NetBlocks) məlumatına görə, İranda beynəlxalq internetə çıxış 75 gündür tamamilə dayandırılıb. Bu kəsinti dünya üzrə qeydə alınan ən uzunmüddətli internet məhdudiyyətidir. Səbəb kimi 2025-ci ilin 28 dekabrında başlayan etirazlar və 2026-cı ilin 28 fevralında ABŞ ilə İsrailin İrana 40 gün davam edən hücumları göstərilir.



Xəbərin oxunma sayı : 1777




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap