Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

“İranla bağlı mövqeyim şəraitdən asılı olaraq dəyişə bilər“ - Tramp

Tarix 03.06.26, 20:44

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasındakı danışıqlar prosesində vəziyyətin sürətlə inkişaf etdiyini, özünün mövqeyinin isə şəraitdən asılı olaraq dəyişə biləcəyini bəyan edib.

Bu barədə Ağ Ev rəhbəri "New York Post" qəzetinə müsahibəsində deyib:

"Faktlar, şərait çox sürətlə dəyişir. Mənim verdiyim cavab 20 dəqiqə sonra aktual olmaya bilər".

Ölkə başçısı İranla mümkün razılaşma barədə yekun qərar qəbul etmədiyini söyləyib:

"İndi mən qərar qəbul etməliyəm: sövdələşmə imzalayırıq, yoxsa başqa yolla hərəkət edirik. Digər yol isə xoşagəlməzdir".

Tramp alternativ ssenarinin münaqişəyə tez bir zamanda son qoymasına imkan verəcəyini, lakin humanitar səbəblərdən vəziyyəti diplomatik yolla həll etməyə üstünlük verəcəyini diqqətə çatdırıb.

ABŞ Prezidenti İranın nüvə silahı hazırlamaqdan imtina etməyə razılaşdığını, potensial anlaşmanın isə "bir çox yaxşı nəticələrə" gətirib çıxara biləcəyini vurğulayıb.

Bundan əlavə, Tramp İrana qarşı tətbiq edilən dəniz blokadasının ABŞ-də sentyabrın ilk bazar ertəsi qeyd olunan Əmək Gününə qədər davam edə biləcəyini istisna etməyib. Eyni zamanda o, vəziyyətin tezliklə həll olunacağına ümid etdiyini də bildirib.



Xəbərin oxunma sayı : 1252




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap