Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Ərdoğan İlham Əliyevə məktub göndərdi - Müstəqillik Günü münasibətilə

Tarix 25.05.26, 13:10

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

AzFakt.com xəbər verir ki, təbrik məktubunda deyilir:

"Hörmətli Prezident, Əziz Qardaşım,

Zati-alinizi və Can Azərbaycan xalqını Azərbaycanın Müstəqillik Günü münasibətilə xalqım adından və öz adımdan səmimi-qəlbdən təbrik edirəm.

Zati-alinizin bacarıqlı liderliyi və uzaqgörən siyasəti sayəsində
Can Azərbaycanın davamlı şəkildə güclənməsindən, regionda və beynəlxalq miqyasda nüfuzunun artmasımdan böyük qürur və iftixar hissi keçiririk.

Türkiyə ilə Azərbaycan arasında öz gücünü tarixdən alan dərin köklü qardaşlıq və həmrəylik əlaqələri Ümummilli Lider Heydər Əliyevin bizə mirası olan "Bir millət, iki dövlət” prinsipi əsasında hər gün daha da güclənir. Türkiyə olaraq, güclü əlaqələrimiz əsasında qardaş Azərbaycanla bütün sahələrdə özünəməxsus sıx əməkdaşlığımızın və həmrəyliyimizin inkişafına davam edəcəyik.

İnanıram ki, güclü həmrəyliyimiz, əməkdaşlığımız və birgə layihələrimiz qarşıdakı dövrdə də xalqlarımızın rifahına, həmçinin regionumuzda sülhə, sabitliyə və inkişafa əhəmiyyətli töhfələr verməyə davam edəcək. Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq və həmrəylik ruhunun bütün Türk dünyasında, xüsusən də Türk Dövlətləri Təşkilatının çətiri altında əməkdaşlığımızın və həmrəyliyimizin inkişafına müsbət təsirini və töhfəsini görmək də xoşdur.

Fürsətdən istifadə edərək, Zati-alinizə cansağlığı və xoşbəxtlik diləyir, qardaş Azərbaycan xalqının davamlı rifahı və tərəqqisi ilə bağlı ən xoş arzularımı bildirir, Can Azərbaycanın Müstəqillik Gününü bir daha ürəkdən təbrik edirəm”.



Xəbərin oxunma sayı : 1117




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap