Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

“İrəvan və Bakı sülhü geri dönməz hesab etməyə çox yaxındırlar“ - Nikol Paşinyan

Tarix 09.02.26, 22:53

Font ölçüsü : - / +
bitmap-img6


Ermənistan Azərbaycanla sülhü geri dönməz hesab etməyə çox yaxındır.

"Report" xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda ABŞ-nin vitse-prezidenti Cey Di Venslə görüşündə bildirib.

N.Paşinyan bildirib ki, Vensin Ermənistana səfəri tarixi və rəmzi əhəmiyyət daşıyır və Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olunmasının misli görünməmiş reallıqları kontekstində baş tutur.

"O, Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında formalaşmış möhkəm və strateji tərəfdaşlığın dərinliyini əks etdirir", - Baş nazir deyib.

N.Paşinyan həmçinin ABŞ hökumətinə, xüsusilə Prezident Donald Trampa Bakı ilə sülh prosesinə verdiyi töhfəyə, 2026-cı ildə avqustun 8-i Vaşinqtonda sammitin təşkilinə görə təşəkkürünü bildirib.

"Vaşinqton sammiti sayəsində biz Ermənistan və ABŞ arasında ikitərəfli əlaqələrə güclü təkan verdik və Prezident Trampın iştirakı ilə Ermənistan və Azərbaycan arasında sülhə nail olduq. Vaşinqton sülh sammitindən sonra Azərbaycan Prezidenti İlham Əliyevlə birgə məktubla Prezident Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürdük və mən çox ümid edirəm ki, o, bu mükafata layiqincə sahib olacaq", - o qeyd edib.



Xəbərin oxunma sayı : 1432




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap