Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“İsveç öhdəliyini hələ də yerinə yetirməyib” - Hulusi Akar

Tarix 03.02.23, 9:35

Font ölçüsü : - / +
bitmap-img6


“İsveç ötən ilin iyununda Madriddə Finlandiya ilə imzalanmış NATO-ya qəbul haqqında memorandumda nəzərdə tutulan terrorçuları Ankaraya təhvil vermək öhdəliyini hələ də yerinə yetirməyib”.

Bu barədə Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib.

Onun sözlərinə görə, bu öhdəliklər yerinə yetirilməyənə qədər Türkiyə tərəfi Stokholmun Şimali Atlantika Müqaviləsi Təşkilatına qoşulmaq üçün müraciətini təsdiqləməyəcək: “Türkiyə ilkin olaraq NATO-da açıq qapı siyasətini dəstəkləyir. Terrorla mübarizə çərçivəsində terrorçuların Türkiyəyə ekstradisiyası bu Madrid memorandumunun imzalanmasının təbii nəticəsidir və bunu hər kəs görməlidir. Biz bunu gözləyirik.

Nə qədər ki, terrorçular dəstəklənir, onlar öhdəliklərini yerinə yetirmir və müdafiə sənayesi məhsullarının ixracı məsələsində məhdudiyyətlər var, Türkiyənin İsveçin NATO-ya müraciətinə bəli cavabı verə bilməsi mümkün deyil. Təəssüf ki, bu günə qədər xüsusilə İsveç bu istiqamətdə kifayət qədər addımlar atmayıb”.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara İsveçin NATO-ya üzvlük təklifini təsdiq etməyəcək. Eyni zamanda o, Finlandiyanın alyansa qəbulu məsələsinin müsbət həll oluna biləcəyini açıq şəkildə ifadə edib.



Xəbərin oxunma sayı : 724




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap