Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Taliban” İrana müharibə elan etdi - Sərhəddə döyüşlər başlayıb

Tarix 28.05.23, 14:38

Font ölçüsü : - / +
bitmap-img6


“Taliban” lideri Əbdülhəmid Xorasani bildirib ki, radikal hərəkat İrana müharibə elan edib.

Məlumata görə, Əfqanıstan və İran sərhədində döyüşlər başlayıb. Taliban döyüşçüləri İran ərazisinə doğru irəliləyir. Artıq hərbçilər arasında həlak olanlar da var.

Qeyd edək ki, Əfqanıstanla sərhəddə su ehtiyatları ilə bağlı münaqişə yaranıb. Helmand çayı Əfqanıstan dağlarından İranın Sistan əyalətinə axır və buradan müntəzəm quruyan gölə tökülür. Sistan əyaləti hazırda quraqlıqla üz-üzədir və İran “Taliban”ı çayda yeni bəndlər tikməkdə və suyun istiqamətini dəyişdirməkdə ittiham edir.

İran tərəfinin məlumatına görə, “Taliban” qüvvələri mehriban qonşuluq siyasətinə riayət etmədən Sasoli sərhəd məntəqəsini atəşə tutmağa başlayıb. Həmçinin, İranın cənub-şərqindəki sərhəd zastavasına şiddətli hücum edilib və bu, İran sərhədçilərinin sərt reaksiyasına səbəb olub.
Toqquşmaların davam etdiyi bildirilir.




Xəbərin oxunma sayı : 688




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap