Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

““Topaz“a qadağa qoyulmalıdır“ - Deputatdan sərt açıqlama

Tarix 22.01.22, 18:09

Font ölçüsü : - / +
bitmap-img6


“Bir sıra xarici şirkətlərə məxsus mərc oyunlarının qadağan edilməsi müsbət haldır və Azərbaycan cəmiyyəti tərəfindən də razılıqla qarşılanmalıdır. Fikrimcə, “Topaz”a da qadağa qoyulmalıdır. “Topaz”da külli miqdarda vəsait uduzan, borca düşən, nəticədə evini satmağa məcbur olan adamlar var. Mərc oyunlarının heç birini düzgün qəbul etmirəm. Həmin oyunların nəticəsində hansısa tərəfin həyatına təhlükə yaranırsa, uduzur, problemlərlə qarşılaşırsa, bu, qəbuledilməzdir”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Deputat bildirib ki, qumar oyunları cəmiyyət üçün yolverilməz haldır: “Belə oyunlar nəticəsində kiminsə üzü güləndə, kiminsə qəlbi ağlayır. Bu cür mərc oyunlarına görə neçə-neçə ailələr məhv olub, neçə nəfər yoxsulluğa düçar olub, var-dövlətini oyunlara qoyub. Bu, cəmiyyət üçün çox ziyanldır. Təəssüf ki, bunu bəzən reklam edirlər, faydalı əmək fəaliyyəti kimi təqdim edirlər. Bu, uşaqların, gənclərin şüurunda çox böyük təlatümlər yaradır. Mərc oyunlarında müəyyən fırıldaqlar, kələklər var. Müəyyən yollarla kiməsə üstünlük verilir. Bütün qumar oyunlarının əsasında kələk, fənd, aldanma durur. İki tərəfdən biri mütləq aldadılaraq uduzur. Bu, kiminsə faciəsidir. Ona görə də ölkədə bütün növ mərc oyunları və qumarlara qadağa qoyulmalıdır”.



Xəbərin oxunma sayı : 634




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap