Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Xarici siyasətimizdə Xəzəryanı dövlətlərlə əməkdaşlıq xüsusi yer tutur” - Əli Əsədov

Tarix 06.10.22, 16:45

Font ölçüsü : - / +
bitmap-img6


“Azərbaycanın xarici siyasət strategiyasında Xəzəryanı dövlətlərlə əməkdaşlıq xüsusi yer tutur”.

Nazirlər Kabinetindən verilən məlumata görə, bunu Baş nazir Əli Əsədov Rusiyanın paytaxtı Moskvada keçirilən 2-ci Xəzər İqtisadi Forumunda bildirib.

O qeyd edib ki, Xəzəryanı dövlətlərin qarşılıqlı fəaliyyəti maraqların qarşılıqlı nəzərə alınması, suverenliyə, ərazi bütövlüyünə, müstəqilliyə hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə əsaslanır.

Xəzəryanı dövlətlər arasında sahəvi əməkdaşlığın sanballı hüquq-müqavilə bazasına toxunan Ə.Əsədov deyib ki, bu baza bir çox sahələri, o cümlədən təhlükəsizlik, ticari-iqtisadi əməkdaşlıq, nəqliyyat, ekoloji məsələləri, eləcə də qarşılıqlı maraq doğuran digər sahələri əhatə edir. O, bu baxımdan 2018-ci il avqustun 12-də Aktau şəhərində imzalanmış Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı Xəzəryanı ölkələrin hərtərəfli əməkdaşlığı üçün əsas sənəd kimi səciyyələndirib, onun tezliklə qüvvəyə minməsinin Xəzərdə bütün sahələrdə gələcək əməkdaşlığa böyük töhfə verəcəyinə əminliyini ifadə edib.

Forumda Ə.Əsədovdan başqa, İranın I vitse-prezidenti Məhəmməd Mohber, Rusiya hökumətinin sədri Mixail Mişustin, Qazaxıstanın Baş naziri Alixan Smailov və Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Xocamurad Geldimuradov iştirak ediblər.

Forum iştirakçıları əvvəlcə məhdud tərkibdə danışıqlar aparıb, iyunun 29-da Aşqabadda keçirilən 6-cı Xəzər Zirvə toplantısının yekunlarını nəzərdən keçiriblər.

Plenar iclasın yekunlarına dair 2-ci Xəzər İqtisadi Forumunun Kommünikesi imzalanıb.



Xəbərin oxunma sayı : 772




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap