“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

“ABŞ-nın Ukrayna üzrə səyləri sülhə ümid verir“ - Qətərin Baş naziri

Tarix 07.12.25, 22:20

Font ölçüsü : - / +
bitmap-img6


Qətərin Baş naziri və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdül Rəhman Al Tani ABŞ-nin Ukraynada nizamlanmaya yönəlmiş səylərinin müharibənin başa çatmasına ümid verdiyini bildirib.

"Report" xəbər verir ki, o bu fikirləri Dohada keçirilən forum çərçivəsində amerikalı jurnalist Taker Karlsona verdiyi müsahibədə səsləndirib.

Şeyx Məhəmməd vurğulayıb ki, müharibə bir çox ölkələr üçün dağıdıcı olmaqla yanaşı, dünyanın qütbləşməsinə səbəb olub. O, sülhün mümkünlüyünə inandığını qeyd edib.

Qətər Moskva və Kiyev arasında döyüş bölgəsindən aparılmış uşaqların vətənlərinə qaytarılması məsələsində vasitəçi rolunu oynayır.

Vaşinqton noyabr ayında Ukrayna üzrə 28 bəndlik sülh planı təqdim edib. Noyabrın 23-də ABŞ və Ukrayna Cenevrədə məsləhətləşmələr aparıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp planın Moskva və Kiyevin mövqeləri nəzərə alınaraq yeniləndiyini və yalnız bir neçə mübahisəli məsələnin qaldığını açıqlayıb.

Noyabrın 30-da Floridada ABŞ və Ukrayna nümayəndələri müharibənin dayandırılması, iqtisadi və təhlükəsizlik problemlərinin uzunmüddətli həlli yollarını müzakirə ediblər.

Dekabrın 3-də Moskvada Rusiya Prezidenti Vladimir Putin ABŞ liderinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Trampın kürəkəni, iş adamı Cared Kuşner ilə görüş keçirib. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, görüş konstruktiv və məzmunlu olub, tərəflər bir neçə sülh planı variantını, o cümlədən ərazilərlə bağlı məsələləri müzakirə ediblər və əlaqələrin davam etdirilməsi barədə razılığa gəliblər.



Xəbərin oxunma sayı : 877




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap