Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI
Axtar
 
  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

Şahin Şıxlinski və oğluna hökm oxunub - Məhkəmədən ağır cəza

Tarix 13.04.26, 12:14

Font ölçüsü : - / +
bitmap-img6


Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etdiyinə görə 9 il, oğlu Mutvalı Şıxlinski isə 8 il müddətinə azadlıqdan məhrum edilib.

APA xəbər verir ki, bu barədə Yekaterinburqun Kirovski Rayon Məhkəməsi qərar çıxarıb.

Qərara əsasən, Şahin Şıxlinski cəzasını ciddi rejimli, oğlu Mutvalı isə ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.


Qeyd edək ki, Şahin Şıxlinski martın 5-də sifarişli qətl, sifarişli qətlə cəhd maddələri ilə 22 il müddətinə azadlıqdan məhrum olunub. Bu səbəbdən Ş.Şıxlinskiyə təyin edilən cəzalar birləşdirilib və ümumilikdə ona 24 il həbs cəzası verilib. Şahin Şıxlinski cəzasının ilk 4 ilini türmədə, geri qalan illəri isə ciddi rejimli cəzaçəkmə müəssisəsində keçirəcək.

Xatırladaq ki, ötən ilin iyun ayında Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqdakı azərbaycanlılara qarşı əməliyyat keçirib. Əməliyyat zamanı güc tətbiq olunub və nəticədə iki azərbaycanlı Ziyəddin və Hüseyn Səfərov qardaşları ölüblər. Digər Səfərovlar və bir neçə həmyerlimiz məhkəmənin qərarı ilə həbs olunublar. Onlara qarşı 2001, 2010 və 2011-ci illərdə törədilmiş cinayət ittihamları irəli sürülüb. Daha sonra Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski və oğlu Mutvalı Şıxlinski saxlanılıb. İyulun 1-də “Baku Plaza”nın yaxınlığında Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməliyyatçıları üzərində heç bir tanınma nişanı olmayan geyim və avtomobillərlə Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskiyə, oğlunun idarə etdiyi avtomobilə hücum ediblər. Bu zaman Mutvalı Şıxlinski özünü itirərək idarə etdiyi avtomobillə FSB əməkdaşını vurub. O, özü məhkəmədə baş baş verənlərdən peşman olduğunu, hadisəni qəsdən törətmədiyini bildirib. Saxlanıldığı gün Şahin və Mutvalı Şıxlinskilər sərbəst buraxılıb. Bir müddət sonra onlar barəsində hakimiyyət nümayəndəsinə zor tətbiq etmək maddəsi ilə cinayət işi açılıb. Əvvəlcə, Mutvalı, daha sonra isə sifarişli qətl, sifarişli qətlə cəhd maddələri ilə ittiham olunan Şahin Şıxlinski saxlanılıb.



Xəbərin oxunma sayı : 1522




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap