Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Almaniya millisindən qorxmuram“ - Fernandu Santuş

Tarix 18.06.21, 23:27

Font ölçüsü : - / +
bitmap-img6


"Almaniya ilə heç-heçə pis nəticə olacaq? Portuqaliyaya hətta Almaniya kimi ciddi komandalar da hörmət edir. Futbolumuza və ulduz oyunçularımıza hörmət edirlər. Eyni zamanda, bizi məğlub edə biləcəklərini düşünürlər, amma dünyada heç kim Portuqaliyanın bu turnirdə geridə qalacağını deyə bilməz".

Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu sözləri Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş Avro-2020-nin qrup mərhələsinin 2-ci turunda Almaniya ilə oyun öncəsi deyib.

O, rəqibin fantastik komanda olduğunu bildirib: "Onların inanılmaz oyunçuları var, matçlarda üstünlük təşkil edir və topa çox sahibdirlər. Ancaq Almaniyadan qorxmuram. Onların oyunçularına hörmətlə yanaşırıq, amma qələbəyə köklənsək, mütləq buna nail olacağıq.

Macarıstana qarşı yaxşı futbol nümayiş etdirdik. Yaxşı hücum etdik, müdafiə olunduq, təzyiq göstərdik, şans yaratdıq. Almaniya da son dünya çempionu Fransa ilə yaxşı qarşılaşma keçirdi. Almanlar yalnız avtoqol nəticəsində qol buraxdılar, son hesab oyunun tam mənzərəsini əks etdirmir. Şənbə günü qazanmaq istəyirik, qələbəmizə inanırıq, bu oyun bizim üçün açardır".

Santuş deyib ki, yalnız Ronaldonu deyil, bütün komandanı motivasiya etməlidir: "Ronaldonun yanımızda olması çox gözəldir, biz onunla qürur duyuruq, ancaq matçları təkbaşına qazana bilmir. Komanda oyunu bizim gücümüz olmalıdır, ürəkdən oynamalıyıq".

Qeyd edək ki, sabah keçiriləcək Portuqaliya - Almaniya görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.



Xəbərin oxunma sayı : 733




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap