Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Alpinist oğru”nun yeni məcaraları açıqlandı - Sabiq baş infeksionist məhkəmədə ifadə verib

Tarix 09.12.21, 12:08

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda evlərdən 2 milyon manatlıq oğurluq etməkdə təqsirləndirilən Cavid Süleymanov və Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə ilk olaraq uzun illər Səhiyyə Nazirliyinin baş infeksionisti olmuş Cəlal İsayev ifadə verib.

O, evindən alpinizm üsulu ilə edilən oğurluq haqda danışıb. C.İsayev bildirib ki, hadisə baş verən gün evdə olmayıblar, həyat yoldaşı ilə rayona gediblər: “Gələndə yoldaşım evə qalxdı, mən qonşu ilə söhbət edirdim. Birdən yoldaşımın səsi gəldi. Məlum oldu ki, evimizdən pul və qızılları oğurlayıblar”.

Şikayətçi olduğunu, zərərin qaytarılmasını tələb etdiyini bildirən sabiq baş infeksionist oğurluq nəticəsində təxminən 120 min manat ziyana düşdüyünü deyib.

Uzun illər daxili işlər orqanlarında işləmiş, xeyli vaxtdır zərgərliklə məşğul olan zərərçəkmiş Vasif Əliyevin mənzilindən oğurluq başqa bir qəribə olaya gətirib çıxarıb. 

16-mərtəbəli binanın 10-cu mərtəbəsində yaşadığını deyən Əliyevin sözlərinə görə, təqsirləndirilən şəxslər onun mənzilində alpinizm üsulu ilə daxil olublar. Onlar binanın damından iplə mənzilin eyvanına düşüblər: "Qapımızda "ingilis qıfılı" var deyə, oğurluqdan sonra qapıdan çıxa bilməyiblər. Eyvana çıxıblar, iplə yuxarı da qalxa bilməyəndə bir mərtəbə aşağıdakı qonşunun eyvanına düşüblər. Ora keçmiş "poqon"un evidir, ərəblərə kirayə verib. Onlar da orada hər cür oyundan çıxırlar. Həmin gün də dörd ərəb içib ortalıqda yatıb qalıblar. Bu da eyvandan mənzilə daxil olub, bu zaman ərəblərdən biri oyanıb. Onu təpikləyib, başının üstündən tullanıb qaçaraq qapıdan çıxıb. Çıxanda da qapının açarını götürüb, arxadan bağlayıb, ərəblər içəridə qalıb...".

Əliyevin sözlərinə görə, onun mənzilindən xeyli qızıl-zinət əşyaları, o cümlədən doqquz brend qol saatı, 10 uşaq dünyaya gətirdiyi üçün anasına verilmiş "Qəhrəman ana" medalı və s. oğurlanıb. Ona ümumilikdə 300 min manata yaxın ziyan dəydiyini deyir. Cinayət işinin materiallarında isə ona dəymiş ziyanın məbləği 196 min manat göstərilib.

Həm Polis Akademiyası, həm də Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil aldığını, keçmiş əməliyyatçı olduğunu deyən zərərçəkmiş Əliyev evindən oğurlanan saatlardan birini şəxsi araşdırmaları nəticəsində taparaq geri qaytarıb.

Məlum olub ki, saat Mərkəzi Univermaqda qızıl-zinət əşyalarının satışıyla məşğul olan Mirsaleh Muradova satılıb: “Mən evimdən oğurlanan əşyaların hamısının qaytarılmasını tələb edirəm. O deyir ki, guya zərgərlik bacarığı olduğuna görə mənzillərdən apardığı əşyaları əridib, yenilərini düzəldib satıb. Mən buna inanmıram. Mənim evimdən oğurlanan, üstündə 7-8 karat brilyant qaşlar olan brend saatlar konkret adamlara satılıb. Onları desin”.

Prosesdə Mirsaleh Muradov da dindirilib. O bildirib ki, saatı satan şəxs onun hədiyyə verildiyini deyib: “Dedi ki, şəhid oğluyam, özüm də müharibədə yaralanmışam, ayağımda qəlpə var. Müalicəm üçün pul lazımdır, ona görə satıram. Bildirdi ki, az qala, kimisə avtomobil vuracaqmış, o adamın həyatını xilas edib. O da minnətdarlıq olaraq, qolundan açıb ona hədiyyə verib”.

Xaricdə alpinizm kurslarına gedərək, mənzillərin eyvanlarına kəndirlə düşməkdə, qapıları xüsusi vasitələrlə açmaqda, külli miqdarda oğurluqda ittiham olunan Cavid Süleymanov məhkəmədə ifadə vermək istəmədiyini, hadisələri xatırlamadığını bildirib.

Digər təqsirləndirilən Əhməd Əhmədov isə bu hadisələrdə sadəcə, taksi sürücüsü kimi iştirak etdiyini deyib.

Proses dekabrın 14-də davam etdiriləcək.

Qeyd edək ki, hüquq-mühafizə orqanlarının açıqladığı məlumata görə, paytaxtın Xətai rayonunda çoxmərtəbəli binalardan birinin 18-ci mərtəbəsində yerləşən mənzildən oğurluq edilib. Bildirilib ki, naməlum şəxs evə daxil olaraq oradan 7 min manat, 3 min ABŞ dolları nağd pul və dəyəri 150 min manat olan qızıl-zinət əşyalarını oğurlayıb. Hadisə barədə məlumat daxil olan kimi, dərhal Xətai Rayon Polis İdarəsi və 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Hadisə yerində zəruri istintaq hərəkətləri icra edilib.

Qısa zamanda “isti” izlərlə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakinləri Cavid Süleymanov və Əhməd Əhmədov oğurladıqları maddi sübutlar olan qızıl-zinət əşyaları ilə birgə saxlanılıblar.

Onların ətraflarında həyata keçirilən zəruri-istintaq hərəkətləri zamanı müəyyən edilib ki, Cavid Süleymanov və Əhməd Əhmədov paytaxtın Nəsimi, Yasamal, Səbail, Nərimanov və digər rayonlarında onlarla hündürmərtəbəli binalarda yerləşən mənzillərdən oğurluqlar ediblər. Cavid Süleymanov oğurluq edən zaman əldə etdiyi qızıl-zinət əşyalarını isə yaşadığı evə gətirərək orada yaratdığı zərgərlik emalatxanasında əridib. Daha sonra əritdiyi qızıllardan yeni model zərgərlik nümunələri düzəldərək paytaxtın müxtəlif nöqtələrindəki qızıl qəbulu yerlərinə satıb. Cavid Süleymanov ifadəsində oğurluq edəcəyi mənzilə ancaq istirahət və bayram günlərində, yəni, ev sahiblərinin mənzildə olmadığını qətiləşdirəndən sonra daxil olduğunu bildirib.

Cavid Süleymanov qarət edəcəyi mənzilləri müəyyən etmək üçün əvvəlcə şəhərin müxtəlif yerlərindəki çoxmərtəbəli binaların kənardan fotoşəkillərini çəkirmiş. Həmin binalarda bir neçə ay müşahidələr apararaq hansı mənzildə yaşayışın olub-olmadığını, ev sahiblərinin mənzilə gəlib-getmə saatlarını müəyyən edirmiş. Bunun üçün binaların sxemlərini hazırlayaraq oğurluq üçün plan qururmuş. Saxlanılan zaman Cavid Süleymanovun üzərindən və əlindəki çantadan həmin sxemlərin qeyd edildiyi dəftərlər, eləcə də, içərisində oğurluq etməyi planlaşdırdığı Bakı şəhərinin müxtəlif nöqtələrində yerləşən çoxmərtəbəli binaların 2500-dən çox şəkli olan fotoaparat da aşkar edilib.

Cavid Süleymanov oğurluq edən zaman əldə etdiyi qızıl-zinət əşyalarını isə yaşadığı evə gətirərək orada yaratdığı zərgərlik emalatxanasında əridib. Daha sonra əritdiyi qızıllardan yeni model zərgərlik nümunələri düzəldərək paytaxtın müxtəlif nöqtələrindəki qızıl qəbulu yerlərinə satıb. Onun yaşadığı evə baxış zamanı, həmçinin, mənzilə daxil olduqda zərərçəkmişlə rastlaşacağı təqdirdə istifadə etmək üçün əldə etdiyi 5 ədəd qaz balonu, 2 ədəd uzaqdan məsafədən əlaqə saxlamaq üçün istifadə edilən radio vasitə, mənzillərin qapılarını qırmaq üçün alətlər, alpinist fəaliyyəti ilə bağlı olan xeyli sayda kəndir, dayaq qurğuları və digər əşyalar aşkar olunaraq götürülüb. Cavid Süleymanov ifadəsində oğurluq edəcəyi mənzilə ancaq istirahət və bayram günlərində, yəni, ev sahiblərinin mənzildə olmadığını qətiləşdirəndən sonra daxil olduğunu bildirib.

Cavid Süleymanov oğurluqlar edən zaman onunla eyni vaxtda saxlanılan Əhməd Əhmədov həmin binaların yaxınlığında olub və ətrafda baş verən hər hansı şübhəli hərəkətlər barəsində ona məlumat ötürürmüş. Dəstə üzvlərinin törətdiyi oğurluq hadisələri zamanı zərərçəkənlərə təxminən 2 milyon manata yaxın maddi ziyan vurduqları müəyyən edilib.

Bu iş üzrə 8 zərərçəkmiş var.

İttihama görə, hər iki şəxs Səhiyyə Nazirliyinin sabiq baş infeksionisti, Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının müdiri Cəlal İsayev və Azərbaycan millisinin keçmiş yarımmüdafiəçisi Ceyhun Sultanovun da mənzilini qarət edib.

Zərərçəkənlər arasında futbol üzrə Azərbaycan millisinin keçmiş futbolçusu Ceyhun Sultanov, uzun illər daxili işlər orqanlarında rəhbər vəzifələrdə çalışmış general-mayor Sahib Mirzəyevin oğlu Vüsal Mirzəyev də var. Cinayət işinin materiallarından məlum olub ki, alpinizm texnikası ilə mənzil oğurluqlarının üstü general oğlunun evində oğurluq baş verənlərdən sonra açılıb. İttihama əsasən, V.Mirzəyevə 167 min manat ziyan vurulub.



Xəbərin oxunma sayı : 970




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap