Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Anaları koronavirusa yoluxmayıb” - Başsız qalmış uşaqlarla bağlı rəsmi açıqlama + VİDEO

Tarix 16.01.22, 16:40

Font ölçüsü : - / +
bitmap-img6


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Şamaxıda baxımsız qalan uşaqlarla bağlı açıqlama verib.

Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu oxu.az-a bildirib ki, Şamaxının İkinci Çaylı kəndində baxımsız qalan uşaqlar dövlət nəzarətinə götürülüb: "Artıq azyaşlılar müvafiq qurumların əməkdaşları tərəfindən olduğu yerdən götürülüb. Uşaqların hüquqlarının müdafiəsi istiqamətində lazım olan bütün tədbirlər görüləcək. Həyata keçiriləcək növbəti hüquqi tədbirlərlə bağlı ictimaiyyətə məlumat veriləcək".

Şamaxıda başsız qalmış azyaşlılarla bağlı Daxili İşlər Nazirliyindən də açıqlama verilib. 

Açıqlamada bildirilir ki, azyaşlıların anasının koronavirus insfeksiyasına yoluxduğu üçün xəstəxanada müalicə alması ilə bağlı səsləndirilən fikirlər həqiqəti əks etdirmir: "Yəni qadın COVID-19 virusuna yoluxmayıb. Məsələ ilə əlaqədar qadınla telefon əlaqəsi saxlanılıb və o, gələcəyini bildirib".

Qeyd edək ki, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə “Facebook” profilində paylaşım edərək, anaları koronavirusa yoluxan və xəstəxanaya yerləşdirilən körpələr acınacaqlı vəziyyətdə olduğunu bildirib 
ƏTRAFLI
Samsung R9 Inpage

O bildirib ki, hadisə Şamaxının kəndlərindən birində olub.

Valideynləri xəstə olan uşaqlara qonşular baxıb, yemək versələr də, bu, onları acınacaqlı vəziyyətdə olmaqdan xilas etməyib.

K.Ağazadə həmçinin olduqca baxımsız və miskin vəziyyətdə olan körpələrin taleyi ilə heç bir dövlət qurumunun maraqlanmamasını da vurğulayıb.

Uşaqların görüntülərini təqdim edirik:










Xəbərin oxunma sayı : 871




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap