Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Avroviziya-2021” müsabiqəsinin qalibi İtaliyadır - Azərbaycan təmsilçisi zəif nəticə göstərdi

Tarix 23.05.21, 8:00

Font ölçüsü : - / +
bitmap-img6


Niderlandın Rotterdam şəhərində "Ahoy" arenasında keçirilən “Avroviziya-2021” mahnı müsabiqəsinin qalibi məlum olub.

“Report” xəbər verir ki, İtaliya müsabiqədə birinci yerə çıxıb. Ölkə təmsilçisi “Maneskin” qrupu müsabiqədə 524 xal toplayıb. İtaliya təmsilçilərinin "Zitti e buoni" mahnısı səsvermə zamanı ən çox xal toplayan ifa olub.

Beynəlxalq mahnı müsabiqəsində Fransa ikinci, İsveçrə üçüncü olub.

Finala Azərbaycan, Albaniya, Kipr, İsrail, Belçika, Rusiya, Malta, Portuqaliya, Serbiya, Böyük Britaniya, Yunanıstan, İsveçrə, İslandiya, İspaniya, Moldova, Almaniya, Finlandiya, Bolqarıstan, Litva, Ukrayna, Fransa, Azərbaycan, Norveç, Niderland, İtaliya, İsveç və San-Marino təmsilçiləri qatılıb.


Azərbaycan təmsilçisi Samirə Əfəndi “Open Up” (“Açıl”) şüarı altında təşkil olunan builki yarışmanın finalında “Mata Hari” mahnısını ifa edib. Samirə Əfəndi müsabiqəni 20-ci sırada başa vurub.

Builki müsabiqəyə ümumilikdə 39 ölkə qatılıb. 

***

Niderlandın Rotterdam şəhərində “Avroviziya -2021” mahnı müsabiqəsinin final yarışması başlayıb.

"Report"un məlumatına görə, final mərhələsində Azərbaycan, İsrail, İsveç, Rusiya, Norveç, Malta, Serbiya, Litva, Kipr, Ukrayna, Belçika, Bolqarıstan, Albaniya, Moldova, Portuqaliya, İslandiya, San-Marino, İsveçrə, Finlandiya və Yunanıstan təmsilçiləri çıxış edir.

“Open Up” (“Açıl”) şüarı altında təşkil olunan builki müsabiqədə Azərbaycanı təmsil edən Samirə Əfəndi birinci yarımfinalda “Mata Hari” mahnısını ifa edib. Mahnını niderlandlı Amy van der Vel, Coş Earl və Lyuk van Birs bəstələyiblər. Səsvermənin nəticələrinə əsasən Samirə Əfəndi finala vəsiqə qazanıb. Azərbaycan təmsilçisi 21-ci sırada çıxış edəcək.

Bu, sayca 65-ci müsabiqədir. Müsabiqədə 39 ölkə iştirak edib. “Avroviziya” mahnı müsabiqəsi 2020-ci ildə koronavirus pandemiyası səbəbindən təxirə salınıb.







Xəbərin oxunma sayı : 400




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap