Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“AZ FP CO LTD” MMC-nin 13 tondan çox yararsız süd məhsulları məhv edildi - FOTO

Tarix 22.10.21, 22:31

Font ölçüsü : - / +
bitmap-img6


"Sevindirici haldır ki, artıq qida sahəsində çalışan sahibkarlar istifadə müddəti bitmiş, istehlak üçün yararsız məhsulların satış şəbəkələrindən geri çağırılması və məhv edilməsi təşəbbüsü ilə çıxış edirlər. Bu, Qida Təhlükəsizliyi Agentliyinin də xeyli vaxtdır əldə etməyə çalışdığı nəticədir".

AzFakt.com xəbər verir ki, bu, Qida Təhlükəsizliyi Agentliyinin yaydığı məlumatda bildirilir.

Məlumatda bildirlir ki, iri süd məhsulları istehsalçılarından olan “AZ FP CO LTD” MMC (“Milla”) istehlaka yararsız və istifadə müddəti bitmiş 72 adda, 13 min 364.84 kq müxtəlif növ süd məhsullarının məhv edilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə müraciət edib. Həmin məhsullar əməkdaşlarımız və vətəndaş cəmiyyəti üzvlərinin iştirakı ilə Sumqayıtda yerləşən tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

"Bu, şirkətin qida təhlükəsizliyinin təmin olunması, eləcə də istehlakçıların etibarını qazanması baxımından çox gözəl nümunədir. Biz bir daha əhalinin sağlamlığının qorunması üçün bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin hər birini istifadə müddəti bitmiş, istehlaka yararsız məhsulların satış şəbəkələrindən geri çağırılması və məhv edilməsində maraqlı olmağa çağırırıq və istehlakçı etimadını qazanmaq üçün bu nümunədən geniş istifadəni tövsiyə edirik.

Cari ilin ötən dövrü ərzində istifadə müddəti bitmiş, istehlaka yararsız qida məhsullarının geri çağırılması və məhv edilməsi təşəbbüsü ilə çıxış edən sahibkarlıq subyektlərinə AQTA və istehlakçılar adından təşəkkürümüzü bildiriririk". 

Həmin şirkətlərin və məhv olunmuş məhsulların siyahısı ictimaiyyətə açıqlanıb.

Tam siyahı:





Xəbərin oxunma sayı : 301




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap