“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Azərbaycan, Türkiyə və Pakistan strateji mövqelərindən və mövcud potensialdan..." - Adəm İsmayıl Bakuvi

Tarix 30.05.25, 17:15

Font ölçüsü : - / +
bitmap-img6


“Bu gün Azərbaycanın xarici siyasətində Türkiyə və Pakistanla dostluq və qardaşlıq əlaqələri xüsusi yer tutur. May ayının 28-də bu üç ölkə rəhbərlərinin Laçında keçirilmiş ikinci Zirvə görüşü də Azərbaycan-Türkiyə-Pakistan münasibətlərinin daha da möhkəmlənməsinə, iqtisadi tərəfdaşlıq əlaqələrinin dərinləşməsinə böyük töhfədir. Zirvə görüşündə çıxış edən cənab Prezident İlham Əliyev Azərbaycan, Türkiyə və Pakistanın hər zaman suverenlik, ərazi bütövlüyü və ədalət tərəfində olduqlarını diqqət mərkəzinə çəkərək qeyd etdi ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyənin və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstək xalqımız üçün böyük önəm kəsb etmişdir. Möhtərəm dövlət başçımız Azərbaycanın da öz növbəsində daim Türkiyənin və Pakistanın yanında olduğunu və bu gün xalqlarımız arasında olan birliyin də bunu təsdiqlədiyini xüsusi vurğuladı. Qeyd olundu ki, ölkələrimizin strateji mövqeyindən və dinamik iqtisadi potensialımızdan istifadə etməklə qarşılıqlı faydalar əldə etmək üçün geniş imkanlar mövcuddur.” 

Bu fikirləri açıqlamasında politoloq Adəm İsmayıl Bakuvi bildirib.
       
Fikirlərini davam etdirən müsahibimiz daha sonra bildirib ki, Azərbaycanın qardaş Türkiyə ilə xüsusən enerji sahəsində əməkdaşlığı Avrasiya məkanında çox böyük coğrafiya üçün mühüm əhəmiyyət kəsb edir: “Cənab Prezident İlham Əliyev öz çıxışında belə bir vacib məqamı diqqətə çatdırdı ki, Azərbaycan və Türkiyənin əməkdaşlığı nəticəsində yalnız bölgəmizin deyil, kifayət qədər böyük coğrafiyanın enerji xəritəsi dəyişib. Ölkələrimiz bir çox Avropa dövlətinin enerji təhlükəsizliyinin təmin edilməsində önəmli rol oynayırlar. Eyni zamanda bu gün Azərbaycan və Türkiyə bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində geniş layihələr reallaşdırmağa başlayıblar. Həmçinin Azərbaycan və Türkiyədən keçməklə Asiya ilə Avropanı birləşdirən nəqliyyat yolları strateji əhəmiyyət daşıyır. Təbii ki, Azərbaycan, Türkiyə və Pakistan arasında hərbi və müdafiə sənayesi sahələrində əməkdaşlıq xüsusi yer tutur. Lakin bütün bunlar əməkdaşlığın heç də bütün mümkün istiqamətlərini əhatə etmir. Dövlət başçımız həmçinin rəqəmsal innovasiyalar, süni intellekt və kosmik texnologiyalar kimi yeni əməkdaşlıq sahələrinin araşdırılmasının vacibliyini xüsusi qeyd etdi. Daha bir vacib məqam budur ki, Azərbaycan, Türkiyə və Pakistanın beynəlxalq platformalarda və təşkilatlarda həmrəyliyi hər üç ölkənin gücünə güc qatır. Buna görə də ölkələrimiz Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM), habelə D-8 kimi beynəlxalq platformalarda birgə səylərini daha da möhkəmləndirmək əzmində olduqlarını bir daha bəyan etdilər” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini tamamlayıb.



Xəbərin oxunma sayı : 1453




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap