Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Azərbaycan hökuməti effektiv vergi sistemi yarada bilməyib“ - Natiq Cəfərli

Tarix 02.11.21, 22:58

Font ölçüsü : - / +
bitmap-img6


"Dövlət-vətəndaş münasibətləri, əsasən, iki bağ üzərinə inşa edilir: vergi və seçki. Tarixən vətəndaşlardan vergi toplamağa başlayanda onlara seçki hüququ verildi və ya seçki hüququ verilənlər vergi ödəməyə başladı. Azərbaycanda hər iki bağ kəsilib, çalışmır. Seçki hüququ əlimizdən alınıb deyə, vergi mədəniyyəti də formalaşmır. Vətəndaş ödədiyi vergiyə nəzarəti seçki üzərindən etməlidir, başqa yol yoxdur".

AzFakt.com xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli məlumat verib.

O qeyd edib ki, Azərbaycan hökuməti effektiv vergi sistemi yarada bilməyib deyə, dolayı vergiləndirmə ilə məşğuldur: “Ölkədəki rüsumlar, ƏDV, gömrük ödənişləri, hətta pullu təhsil belə dolayı vergiləndirmədir. Vətəndaş verginin nəticəsini görmək istəyir, görməyəndə ödəmək istəmir, müxtəlif yollarla yayınmağa çalışır. Dövlət isə büdcənin 65 faizni birbaşa neft pulu ilə formalaşdırır deyə (50% Neft Fondundan tranfert, 15% neft sektorundan vergilər), vətəndaşın birbaşa vergi sistemində iştirakında maraqlı deyil. Çünki birbaşa vergi sistemində iştirak gəlir deklorasiyasının tədbiqi vətəndaş üzərində məsuliyyət yaratmaqla yanaşı, vətəndaşa seçki institutu üzərindən nəzarət səlahiyyəti də verməlidir. Belə qəliz, effektiv və çağdaş sistem qurmaqdansa hökumət asan yolla gedir – rüsum, cərimə və digər dolayı yollarla vergi toplayır. Yəni, məsələnin kökü, səbəbi budur, biz isə yenə də nəticələri müzakirə edib-dururuq”.



Xəbərin oxunma sayı : 961




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap